PDF Oxu

Siyasət

  • 661

YAP Laçın rayon təşkilatında partiya veteranlarının iştirakı ilə görüş keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının inzibati binasında partiya veteranlarının iştirakı ilə görüş keçirilmişdir.
Görüşdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov yubilyarları təbrik etmiş, onların partiyanın inkişafında göstərdikləri xidmətləri yüksək qiymətləndirmişdir. O, vurğulamışdır ki, zəngin və şərəfli inkişaf yoluna malik olan Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynamış, xalqımızın taleyində silinməz izlər qoymuş və mühüm nailiyyətlər əldə etmişdir.
Çıxış edən yubilyar partiya veteranları Roza Cəbrayılova, Yəhyə Alışanov və İsa Behbudov bildirmişlər ki, 33 il ərzində Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi daxili və xarici siyasətin təbliğində fəal iştirak etmiş, çalışdıqları sahələrdə və ictimai mühitdə partiyanın nüfuzunun qorunub saxlanılmasına və yüksəldilməsinə səy göstərmişlər.
Yeni Azərbaycan Partiyasının fəal üzvləri kimi partiya dəyərlərinin təbliğində və ictimai-siyasi proseslərdə fəal iştirak edən, həmçinin yubiley yaşı tamam olan bir qrup partiya veteranı fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif edilmişdir.
Sonda partiya veteranları onlara göstərilən diqqət və qayğıya görə partiya rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etmişlər.

Digər xəbərlər