“Avropa Birliyi Şurası Rusiyanın xarici məlumatların manipulyasiyası və Aİ-yə, onun üzv dövlətlərinə və tərəfdaşlarına qarşı kiberhücumlar da daxil olmaqla, hibrid hərəkətlərinin davam etməsi səbəbindən daha 12 şəxsə və iki təşkilata qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib”. Bu barədə "Avropa Pravdası" qəzetinin verdiyi rəsmi açıqlamada bildirilib.
Siyahıya Kreml aparatı ilə əlaqəli qurumlarda və beyin mərkəzlərində çalışan tanınmış xarici siyasət analitikləri də daxildir.
Şura həmçinin Rusiyayönlü təbliğat, Ukrayna əleyhinə və NATO əleyhinə narrativlər təbliğ edən şəxsləri də əlavə edib. Bunlara Qərbi Avropa ölkələrindən olan keçmiş hərbçilər və polis zabitləri daxildir.
Rusiya hökuməti adından qeyri-sabitləşdirici narrativlər yaydığına görə Beynəlxalq Russofil Hərəkatına, eləcə də bir neçə Aİ üzv dövlətində GPS siqnallarını pozmaq da daxil olmaqla təlimlər və kiberhücumlar keçirən Kalininqraddakı 142-ci Ayrı Elektron Müharibə Batalyonuna qarşı sanksiyalar tətbiq edilib.
Rusiya hərbi kəşfiyyatının üzvlərinə (29155 saylı bölmə) və Ukraynanın dövlət qurumlarına, Aİ üzv dövlətlərinə və NATO müttəfiqlərinə məxfi məlumat toplamaq və siyasi vəziyyəti pozmaq üçün hücumlar həyata keçirən Cadet Blizzard kibertəhdid qrupuna ayrıca sanksiyalar tətbiq edilib.Ümumilikdə, hazırda 59 şəxs və 17 təşkilat məhdudlaşdırıcı tədbirlərə məruz qalır.
Elə həmin gün Avropa İttifaqı Belarusa qarşı sanksiya rejiminin əhatə dairəsini genişləndirərək Belarusun Avropa qonşularına qarşı qeyri-dost hibrid hərəkətlərini də əhatə edib. Xəbər verildiyi kimi, ötən həftə Aİ üzv dövlətlərinin daimi nümayəndələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək barədə razılığa gəliblər.
İlham