PDF Oxu

Siyasət

  • 1 229

“Türkiyə beynəlxalq arenada etibarlı aktor kimi mövqeyini gücləndirib” - ŞƏRH

image

“Rusiya–Ukrayna müharibəsi kontekstində Rusiya–Türkiyə münasibətlərində vaxtaşırı gərginliyin müşahidə olunması regional təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur” . Bu sözleri SİA- ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.Onun sözlərinə görə, xüsusilə Qara dənizdə Türkiyəyə məxsus gəmilərə qarşı pilotsuz uçuş aparatları ilə hücumların həyata keçirilməsi ehtimalı beynəlxalq hüquq və dəniz təhlükəsizliyi prizmasından son dərəcə həssas və riskli bir vəziyyət kimi qiymətləndirilməlidir.“Türkiyə Qara dəniz hövzəsində mühüm siyasi, hüquqi və hərbi potensiala malik aparıcı dövlətlərdən biridir. Montrö Konvensiyasının icrası, regional balansın qorunması və dəniz təhlükəsizliyinin təmin olunması baxımından Ankaranın rolu həlledicidir. Məhz bu səbəbdən Türkiyənin baş verən proseslərə qarşı təmkinli və rasional yanaşması, məsələlərin əsasən diplomatik və siyasi mexanizmlər vasitəsilə həllinə üstünlük verməsi onun dövlətçilik strategiyasının əsas elementlərindəndir.Bununla belə, Türkiyənin mövcud mövqeyi onun milli maraqlarının toxunulmaz olduğu anlamına gəlmir. Ankara indiyədək Rusiya əleyhinə sanksiyalara qoşulmamış, eyni zamanda Rusiya və Ukrayna arasında dialoqun təşviqində, humanitar təşəbbüslərin irəli sürülməsində və regional sabitliyin qorunmasında vasitəçi rolunu davam etdirmişdir. Bu balanslı siyasət Türkiyənin beynəlxalq arenada etibarlı və məsuliyyətli aktor kimi mövqeyini gücləndirmişdir.Lakin Türkiyənin təhlükəsizlik maraqlarına birbaşa zərbə vurulması onun xarici siyasət prioritetlərinin və strateji baxışlarının yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər. Belə bir ssenari Türkiyənin mövcud neytral və balanslaşdırılmış mövqeyindən uzaqlaşması ilə nəticələnə və bu dəyişiklik Rusiyanın regional və qlobal maraqları baxımından arzuolunmaz nəticələr doğura bilər.Nəzərə almaq lazımdır ki, Rusiyanın son illərdə həyata keçirdiyi aqressiv siyasət artıq geniş coğrafiyanı əhatə edən beynəlxalq narazılıq mühitini formalaşdırmışdır. Bu mühit təkcə Qara dəniz regionu ilə məhdudlaşmır, eyni zamanda Mərkəzi, Şərqi və Qərbi Avropa ölkələrini, ABŞ, Kanada və digər aktorları da əhatə edir. Belə bir şəraitdə Türkiyə ilə münasibətlərin gərginləşməsi Rusiyanın diplomatik manevr imkanlarını daha da məhdudlaşdıra bilər.Qara dənizdə baş vermiş bu insident Rusiya–Türkiyə münasibətlərinə potensial olaraq ciddi zərbə vurmaq gücünə malikdir və tərəflər arasında qarşılıqlı etimadın qorunması üçün siyasi dialoqun gücləndirilməsi zəruri görünür”

Müəllif: Hacıyeva Günay

Digər xəbərlər