Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Faldarlı kəndində seçicilərlə görüş keçirib.Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.Daha sonra millət vəkili Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan İsmayıl Səmədovun yeni açılmış ev muzeyini ziyarət edib. O, muzeydə şəhidin Vətənə şərəfli xidmət yolunu əks etdirən fotolar və xatirə materialları ilə tanış olub, qəhrəmanın əziz xatirəsini dərin ehtiramla yad edib. Ziyarət çərçivəsində Asif Əsgərov şəhid ailəsinin qayğıları ilə maraqlanıb.