PDF Oxu

Siyasət

  • 1 066

"Ölkəmizdə heç kim fikrinə görə həbs edilmir" - Bəhruz Məhərrəmov

image

“Azərbaycanın ərazi bütövlüyünü tanımayan dairələrin bu gün dövlətimizi hədəfə alması və bəzi media qurumlarının onların mövqeyindən çıxış etməsi ciddi suallar yaradır. 30 il işğala susanların indi Azərbaycanın daxili məsələlərinə qarışmaq cəhdləri düşündürücüdür”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.Deputat bildirib ki, demokratiya adı altında illərdir eyni ritorikanı təkrarlayan şəxslər real alternativ və fəaliyyət ortaya qoya bilməyiblər: “Yeni siyasi partiyalar haqqında qanun siyasi sistemin sağlamlaşması üçün imkandır. İctimai dəstəyi olmayan qrupların hansı meyarlarla legitimlik iddiası irəli sürməsi sual altındadır”.Bəhruz Məhərrəmov vurğulayıb ki, Azərbaycanda siyasi və hüquqi mühit sabitdir: “Ölkəmizdə heç kim fikrinə görə həbs edilmir. Yalnız qanunu pozan, dövlət təhlükəsizliyinə təhdid yaradan şəxslər məsuliyyətə cəlb olunur. Qanun hamı üçün bərabərdir və vətəndaşların hüquqları dövlət tərəfindən qorunur”.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər