Nəqliyyat və mülki qanunvericiliyə dəyişikliklər üçüncü oxunuşda müzakirə olunub. SİA xəbər verir ki, Milli Məclisdə Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Ticarət Gəmiçiliyi Məcəlləsində, həmçinin “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.Qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Əmiraslanov təqdim edib. O bildirib ki, layihədə istifadə olunan termin və anlayışlar mövcud qanunvericilik aktlarında artıq hüquqi dəqiqliklə əksini tapdığı üçün onların ayrıca tənzimlənməsinə ehtiyac yaranmayıb və bu məsələ barədə deputatlara əvvəlcədən məlumat verilib.Komitə üzvü vurğulayıb ki, normativ-hüquqi aktlarda qanunvericilik terminologiyasının sistemləşdirilməsi istiqamətində görülən işlərin gələcəkdə də davam etdirilməsi məqsədəuyğundur.Sonda Azər Əmiraslanov hər iki qanun layihəsinin ümumilikdə qəbul olunmasını və səsverməyə çıxarılmasını təklif edib.Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.
Müəllif: Günel Fərzəliyeva