ABŞ və Avropa siyasi dairələrinin Rusiya –Ukrayna müharibəsi zonasında Milad tətili zamanı cəbhədə atəşkəs təklifini rəsmi Moskva rədd edib. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın “İnterfax” agentliyinə verdiyi açıqlamasın da bildirib. Peskovun sözlərinıə görə, Rusiya Kiyevə fasilə və müharibənin davam etməsinə hazırlaşmaq imkanı verəcək atəşkəs deyil, tam sülh istəyir: “Moskvanın mövqeyi həm ABŞ-da, həm də Ukraynada yaxşı məlumdur. Rusiya öz məqsədlərinə çatmaq istəyir”.
D.Peskov onu da bildirib ki, indi sual budur ki, Prezident Trampın dediyi kimi, razılığa gələcəyikmi, yoxsa yox: “Əgər ukraynalılar qısamüddətli, qeyri-mümkün həllərlə razılaşma əldə etməyi əvəz etmək üçün dominant istək əldə ediblərsə və etməyə başlayırlarsa, onda iştirak etməyə hazır olmayacağıq”.
Almaniya kansleri Fridrix Merz Rusiyaya Milad atəşkəsi təklif edərək, Rusiya hakimiyyətinin bəzi bəşəriyyət parçaları qalıb və insanları bir neçə gün tək qoya biləcəyinə ümid etdiyini bildirib.
Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna və ABŞ-ın Milad və Yeni il atəşkəsi ideyasını dəstəklədiyini, lakin hər şeyin Rusiyanın siyasi iradəsindən asılı olduğunu bildirib.
İlham