16dekabr 2025-ci il tarixində Vətən müharibəsi şəhidləri Mehtizadə Qurban Aydın oğlunun doğum günü və Abbasov Zöhrab Natiq oğlunun ildönümü münasibətilə Göycəli və Eynallı kəndlərində məzarları ziyarət edilib, önlərinə gül dəstələri düzülərək, əziz xatirələri böyük ehtiramla yad olunub. Şəhidlərimizin ailə üzvlərinin də iştirak etdiyi mərasimdə şəhidlərimizin ruhuna dualar oxunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidlərimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan digər şəhidlərimizin də məzarları ziyarət olunub, önlərinə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!