PDF Oxu

Siyasət

  • 1 127

“İlham Əliyev Ulu Öndərin uğurlu siyasətinin davamçısıdır” - ŞƏRH EDİLDİ

image

“Prezident cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin yaradıcı davamçısıdır. Ümummilli Lider Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan cənab Prezident İlham Əliyev onun siyasi xəttini müasir dövrün tələblərinə, ortaya çıxan yeni çağırışlara çox düzgün cavab verə bildi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, dövlət başçısının apardığı siyasət torpaqlarımızı işğaldan azad etdi:”Ərazi bütövlüyümüz təmin olundu. Onun apardığı siyasət Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirdi. Bu gün Azərbaycan dünya birliyində tanınan, hörmətlə adı çəkilən ölkələrdən biridir. Prezident İlham Əliyev daxili siyasət məsələlərini də həmişə diqqətdə saxlayır. Onun təşəbbüsü ilə tərtib edilən regionların sosial iqtisadi inkişafı proqramları uğurla həyata keçirilir. Bu gün inkişaf mərkəzi artıq regionlara keçib. Regionlarda məktəblərin, xəstəxanaların yenilənməsi, yeni infrasturukturun çəkilməsi, yerli sahibkarlara dövlət dəstəyinin verilməsi, insanların həyat şəraitini yaxşılaşdırıb. Prezident İlham Əliyev səmərəli dövlət quruculuğuna daim diqqət edir. Bu gün vətəndaş onun hüquqlarının qorunduğunun fərqindədir. Keyfiyyətli təhsil, keyfiyyətli tibbi xidmət, mədəniyyət və incəsənətin inkişafı məsələləri, gənclərin öz gələcəklərini uğurla qura bilməsi dövlət başçısı İlham Əliyevin apardığı siyasətin nəticəsidir. Bu gün cəmiyyətimizdə mütəşəkkil birlik var. Gənc nəsil bu gün Azərbaycanın gələcəyini görür. Həmin gələcəkdə özünün iştirakını görür. Hesab edirəm ki, cənab Prezidentin fəaliyyəti bundan sonra da Azərbaycanın milli maraqlarına cavab verəcək və ölkəmizin qüdrətlənməsinə, müstəqilliyimizin möhkəmlənməsinə xidmət edəcək”.

Müəllif: Arzu Qurbanlı

Digər xəbərlər