Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində yerli təşkilatın fəaliyyətində aktiv iştirak edən gənclərlə səhər yeməyi formatında görüş keçirib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov gənclərin rayon təşkilatının ictimai və sosial həyatında fəal iştirak etdiklərini deyib. A.Süleymanov ölkəmizin beynəlxalq arenada tanınmasında, eləcə də üçrəngli bayrağımızın müxtəlif ölkələrdə dalğalanmasında gənclərin mühüm rol oynadığını xüsusi qeyd edib.
Yeni Azərbaycan Partiyasının sosial media üzrə nümayəndələri Rəsul Səlimzadə və Rəna Süleymanlı çıxış edərək partiya işində yaxından iştirak edən gənclərə göstərdikləri fəallığa görə təşəkkürlərini bildiriblər.
Gənclər də öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının cəmiyyətdə yüksək nüfuz qazandığını deyib, partiya sıralarında təmsil olunmaqla milli tərəqqiyə mühüm töhfələr verdiklərini və gələcəkdə də bu missiyanı layiqincə davam etdirəcəklərini əminliklə söyləyiblər.