"2020-ci il noyabrın 10-da Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və ora qayıdış üçün “Böyük Qayıdış” planı hazırlandı. Onun birinci mərhələsi artıq gerçəkləşdi, ikinci mərhələsinə isə başlayırıq. Bu da əsasən nədən ibarətdir? Yəni, ora sadəcə olaraq insanları buraxmaq ki, “gedin yerinizə, yurdunuza” bu heç bir halda mümkün olmazdı. Ona görə də dövlət proqramı hazırlandı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.Onun sözlərinə görə, çünki ərazilər ilk növbədə minalardan təmizlənir: "İkinci, yaşayış məntəqələri bildiyimiz kimi ermənilər tərəfindən tamamilə dağıdılıb. Onların yerində yeni yaşayış məntəqələri tikilib və əhali ora növbəli şəkildə, sivil qaydada köçürülür. Artıq bildiyimiz kimi, 50 mindən artıq insan Qarabağa və Şərqi Zəngəzura köçürülüb və bu proses davam edir. İndiyə qədər Qarabağa, Şərqi Zəngəzura və Qarabağ iqtisadi zonasına 35 milyard manatdan artıq vəsait xərclənib. Bütün bu vəsait infrastrukturun yaradılması, yaşayış məntəqələrinin tikilməsi, məktəblər, poliklinikalar və digər sosial obyektlərin inşasına yönəldilib. Necə deyərlər, Qarabağ yenidən qurulur, Qarabağ yenidən gözəlləşir. Bu mənada hesab edirəm ki, başqa cür bunu etmək olmazdı. Çünki kör-təbii şəkildə köçlər həm insan tələfatına səbəb ola bilərdi, həm də xaos yaranardı. Ancaq kəndlərin planlı şəkildə abadlaşdırılıb, tikilib, əhalinin növbəli şəkildə köçürülməsi daha effektlidir, daha düzgündür. Bu həm də əhalinin təhlükəsizliyini təmin etmək üçün vacibdir. Hesab edirəm ki, elə şərait yaradılır ki, əhali orada uzunmüddətli, dayanıqlı şəkildə, sülh şəraitində yaşaya bilsin. Bunun üçün bütün imkanlar yaradılır.Həmin zonada bizim hərbi gücümüz də kifayət qədər saxlanılır ki, əgər düşmən tərəfdən hər hansı bir basqı olarsa, adekvat cavab verilsin. Ancaq hesab edirəm ki, artıq belə bir qorxu yoxdur. Ona görə də bu gün Qarabağda biz yaradıcı və quruculuq işləri ilə məşğuluq. Bu proses sonuncu köçkün qardaşımız da öz evinə dönənədək davam edəcək. Qarabağ və Şərqi Zəngəzurda sözün əsl mənasında müasir həyat tərzi qurulacaq. Buna da hər birimiz dəstək olmalıyıq".
Müəllif: Ziya Hikmətoğlu