“ABŞ Senatında Rusiyadan neft və neft məhsullarının alınması və ya idxalının asanlaşdırılmasına görə sanksiyalar tətbiq edəcək ikipartiyalı qanun layihəsi təqdim olunub”. Bu barədə. Ukraynanın ABŞ-dakı səfiri Olha Stefanişina özünün Facebook səhifəsində yazıb. O.Stefanişinanın sözlərinə görə, Respublikaçı senatorlar Makkormik və Qasted, eləcə də Demokrat senatorlar Uorren və Kuns Senata ikipartiyalı qanun layihəsi olan "2025-ci il Rusiya Neft Mənfəətinin Azaldılması Qanunu"nu təqdim ediblər. Qanun layihəsinin müəllifləri vurğulayıblar ki, Rusiya neftinin alınması Ukraynaya qarşı müharibəni maliyyələşdirir və bu cür ticarəti asanlaşdıran istənilən ölkə, şirkət və ya maliyyə vasitəçiləri ABŞ maliyyə sisteminə çıxışı itirmək riski də daxil olmaqla, nəticələrini başa düşməlidirlər.
Ukraynanın ABŞ-dakı səfiri qeyd edib ki, qanun layihəsi Rusiyanın neft gəlirlərinə sanksiya təzyiqini artırmaq üçün hüquqi əsas yaradır.Qəbul edilərsə, ABŞ prezidenti Donald Tramp 90 gün ərzində Rusiya neftinin idxalı ilə məşğul olan şəxslərə sanksiyalar tətbiq etmək məcburiyyətində qalacaq. Siyahı Maliyyə Naziri tərəfindən Dövlət Katibi ilə məsləhətləşmələrdən sonra tərtib ediləcək."Bu qanunvericilik təşəbbüsü bir daha təcavüzkara qarşı daha da iqtisadi təzyiq üçün ikipartiyalı dəstəyin güclü olduğunu nümayiş etdirir", - deyə Stefanişina yekunlaşdırdı.
Xatırladaq ki, oktyabrın sonunda ABŞ, Moskvanın Amerika prezidentinin sülhməramlı səylərini ciddiyə almaq istəməməsinə görə, Trampın ikinci müddətində ilk dəfə Rusiyaya qarşı yeni, genişmiqyaslı sanksiyalar tətbiq etdi.Xüsusilə, 21 noyabrda qüvvəyə minən sanksiyaların hədəfi Rosneft və Lukoil idi. Gecikməyə baxmayaraq, sanksiyalar faktiki olaraq Lukoil-ın beynəlxalq biznesinə son qoyub.
İlham