PDF Oxu

Siyasət

  • 431

“Putin Kiyevə atom bombası ata bilərdi...” FOTO

image

Polşa xarici işlər naziri Radoslav Sikorski Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Vladimir İliç Leninin Polşanı yaratması iddiasına cavab verib. O, bu barədə özünün sosial media hesabında yazıb. Nazir ironiyalı şəkil də bildirib ki, Lenin "təkcə müasir Polşanın yaradıcısı deyil", həm də "polyak uşaqlarının dostu" olub: "O, bir dəfə Poronində təraş edərkən bir qrup məktəbli pəncərənin yanından keçib. O, uşaqların boğazlarını ülgüclə kəsə bilərdi, amma kəsmədi".

Bundan əlavə, Polşa xarici işlər nazirinin sözlərinə görə, Kreml lideri Vladimir Putin "Ukraynanın xeyirxahıdır". Axı, o, Kiyevə atom bombası ata bilərdi, amma hələ ki, bunu etməyib. Nobel Sülh Mükafatı uğrunda rəqabət şiddətli olacaq”.

Xatırladaq ki, Polşa xarici işlər naziri Radoslav Sikorski əvvəllər Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya aktivlərindən Ukraynanın xeyrinə istifadəni tənqid edən bir bəyanatını yayıb və qeyd edib ki, "Viktor Lenin ordenini qazanıb".

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü cavab olaraq Polşanın mövcudluğunda Vladimir Leninin rolunu qeyd edərək, xüsusilə Sovet liderinin "bir çox cəhətdən müstəqil Polşa dövlətinin memarı" olduğunu bildirib.

İlham

Digər xəbərlər