PDF Oxu

Siyasət

  • 1 180

"Ailə dəyərlərinin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir"

image

"Bu gün müzakirə edilən məsələ müstəvilər baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün cəmiyyətimizdə ailə dəyərlərinin qorunması, sağlam ailə modelinin təşviqi dövlət siyasətinin əsas istiqamətlərindən biridir". SİA-nın verdiyi məluamata görə, bu sözləri komitə iclası zamanı millət vəkili Günay Ağamalı deyib.Onun sözlərinə görə, məhz bu kontekstdə atanın uşağın dünyaya gəlməsi prosesində fəal iştirak imkanının yaradılması ailədaxili münasibətlərin keyfiyyətinə, psixoloji mühitə və valideynlər arasında qarşılıqlı etimadın artmasına müsbət təsir göstərir: "Ən vacib məqam ondan ibarətdir ki, bu dəyişikliklə ata artıq formallıqdan çıxır və hüquqi baxımdan ailədə daha aktiv bir subyektə çevrilir. O, həyat yoldaşına dəstək olur, doğum zamanı ailənin yanında olur və bu, uşağın erkən emosional və sosial inkişafı üçün son dərəcə vacibdir.Tədqiqatlar göstərir ki, bu cür dəyişikliklər ailə institutunun möhkəmlənməsinə, dövlət siyasətində ailə dəyərlərinin qorunmasına və atalıq rolunun təbliği prosesində müasir yanaşmanın tətbiqinə xidmət edir.Mən bu qanun layihəsini tam dəstəkləyirəm və hesab edirəm ki, bu qanun layihəsi Azərbaycan cəmiyyətində sağlam münasibətlərin formalaşmasına mühüm töhfə verəcək".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər