PDF Oxu

Siyasət

  • 464

Azərbaycan - BƏƏ: strateji tərəfdaşlıqda yeni mərhələ - TƏHLİL

image

Prezident İlham Əliyev: "Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək"

Azərbaycan Prezidenti İlham Əliyev Əbu-Dabidə keçiriləcək “Gələcəyin Oyunları 2025” qlobal idman turnirinin açılış mərasimində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri əlaqələrin müasir dövrümüzdə yeni inkişaf mərhələsində olduğunun təzahürüdür. Dövlətimizin başçısının səfər çərçivəsində BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə ikitərəfli görüşü keçirilib. Bu səfərin məqsədi yalnız idman tədbirində iştirakla məhdudlaşmır, həm də Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının möhkəmlənməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin regionda stabilliyin qorunması baxımından böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, görüş zamanı strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-BƏƏ ikitərəfli münasibətləri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.
Dövlətimizin başçısının BƏƏ-yə, BƏƏ Prezidentinin isə Azərbaycana səfərləri məmnunluqla xatırlanaraq, bütün bunların və müxtəlif səviyyələrdə həyata keçirilən digər qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında roluna toxunulub.Görüşdə Azərbaycan və BƏƏ prezidentləri əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak ediblər.
Qeyd edək ki, “Gələcəyin Oyunları” hər il təşkil olunması nəzərdə tutulan qlobal idman turniridir. Turnir iki mərhələdə həyata keçirilir. İlk mərhələdə idmançılar fiziki idman növləri üzrə yarışırlar. İkinci mərhələdə isə idmançıların rəqəmsal oyunlar üzrə bacarıqları sınaqdan keçirilir. “Növbəti nəsil insanlar. Gələcəyini oyna” devizi altında təşkil olunan turnirdə müxtəlif ölkələrdən idmançılar ümumilikdə 11 idman növü üzrə yarışacaqlar. Ötən il BƏƏ 9 iddiaçı namizəd arasında qalib gələrək, 2025-ci ildə keçiriləcək “Gələcəyin Oyunları” turnirinə ev sahibliyi etmək hüququ qazanıb.
Qeyd edək ki, “Gələcəyin Oyunları” turniri hər il təşkil olunur və idmançıların həm fiziki, həm də rəqəmsal oyunlar üzrə bacarıqlarını nümayiş etdirdiyi qlobal platformadır.

Strateji Tərəfdaşlıqda Anlaşma Memorandumu

Son illərdə ikitərəfli əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib, dövlət başçıları arasında mövcud münasibətlər bütün sahələrdə əməkdaşlığın inkişafına təkan verir. Qarşılıqlı səfərlər isə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir, iqtisadi, siyasi və humanitar əməkdaşlıq üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyev indiyədək Birləşmiş Ərəb Əmirliklərinə 6 dəfə, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan isə Azərbaycana 3 dəfə səfər edib. Bu səfərlər iki ölkə arasında strateji dialoqun və qarşılıqlı etimadın möhkəmlənməsində mühüm rol oynayıb. Səfərlər zamanı imzalanan sənədlər və razılaşmalar əməkdaşlığın strukturunu və gələcək hədəflərini dəqiqləşdirir. Belə ki, 2024-cü ilin yanvarında BƏƏ Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı “Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb, 2025-ci ilin sentyabrında isə “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” qüvvəyə minib. Bu sənədlər Azərbaycan və BƏƏ arasında ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıraraq strateji tərəfdaşlığın bütün sahələrdə möhkəmlənməsinə xidmət edir. Xüsusilə siyasət, iqtisadiyyat, ticarət, enerji və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsini təmin edir, qarşılıqlı faydalı layihələrin daha səmərəli və davamlı şəkildə həyata keçirilməsi üçün mükəmməl hüquqi və institusional zəmin yaradır. Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsi iki ölkə arasında etimadın artırılmasına, qarşılıqlı dialoqun intensivləşdirilməsinə və uzunmüddətli əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsinə imkan verir.
Ötən tarixi dövrə nəzər salsaq görərik ki, Azərbaycanın ərəb dünyası ilə tarixi-mədəni bağlılığı yaradan sənədlər mövcuddur. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb.
Starteji cəhətdən əhəmiyyətli və eyni zamanda, mürəkkəb bölgədə yerləşən Azərbaycan həm öz milli maraqlarına, müstəqilliyinin qorunub möhkəmləndirilməsinə, həm də digər dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin qurulmasına böyük önəm verir. Ötən tarixi dövrə nəzər salsaq görərik ki, Azərbaycanın ərəb dünyası ilə tarixi-mədəni bağlılığı yaradan sənədlər mövcuddur. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Ölkələr arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər qurulub. Belə ki, Azərbaycanın 1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyi təsis edilib. Həmin səfirlik 2001-ci il 16 iyun tarixindən etibarən BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərir. Bundan başqa 14 mart 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dubay şəhərində Baş Konsulluq təsis edilib. 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanması, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri və s. bu ikitərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verir. Son illər ölkələrimiz arasında iqtisadiyyat, o cümlədən energetika sahəsində əlaqələr dinamik inkişafdadır. 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsullarımızın BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və "Made in Azerbaijan" brendinin BƏƏ bazarında daha çox tanıtmaq üçün "Azərbaycan Ticarət Evi" fəaliyyət göstərir. Hazırda Azərbaycanda BƏƏ investisiyalı 350-dən çox kommersiya qurumu qeydiyyatdadır.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin 2024-cü ildə Azərbaycana rəsmi və COP29 ilə bağlı səfərləri, bu səfərlər çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşlər və aparılmış müzakirələr də münasibətlərin hazarkı səviyyəsini ifadə edir. Təsadüfi deyil ki, COP29-un Azərbaycanda keçirilməsi haqqında qərar məhz BƏƏ-də keçirilən COP28-də qəbul olunmuşdu.

Regionun enerji inkişafında inqilab

Dövlətlərarası münasibətlərdə iqtisadi-ticari əlaqələr genişlənib və siyasi münasibətlər mükəmməl səviyyədədir. Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında enerji sektorunun payı olduğunu xüsusilə vurğulamaq lazımdır. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir. Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyalar da dostluğun və tərəfdaşlığın nümunəsinin göstəricisidir. Ölkələr ənənəvi enerji sahəsində yaxından əməkdaşlıq edirlər. Son illər ölkələrimiz arasında iqtisadiyyat, o cümlədən energetika sahəsində əlaqələr dinamik inkişafdadır. Bu sahənin inkişafında BƏƏ ilə əməkdaşlığımız xüsusi çəkiyə malikdirAzərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında enerji sektorunun xüsusi payının olması şübhəsizdir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən də “yaşıl enerji”nin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Bununla bağlı mövcud potensialın reallaşdırılması, investisiya qoyuluşu “yaşıl enerji” sektorunun sürətli inkişafına yol açır. Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş külək enerjisi potensialı 157 qiqavata bərabərdir. Azərbaycan 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30-40 faizə çatdırılması hədəf kimi qarşıya qoyulub.
Vurğulayaq ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, "AzərEnerji" ASC və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bunu əlamətdar nailiyyət kimi dəyərləndirib.

Gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisi

Müasir dövrümüzdə dünyaya açıq olan Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, eləcə də xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə birgə başa çatdırıb. Bu layihə Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub ki, həmin boru kəmərinin uzunluğu isə 3500 kilometrə malikdir. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirir. Bu əlaqələrin daha da genişləndirilməsində mühüm əhəmiyyət kəsb edir. "Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Əminəm ki, daha çox layihələr olacaq... Mən Azərbaycana etibar edən, bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq şirkət olan "Masdar"a xüsusi minnətdarlığımı bildirmək istərdim. Bugünkü layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir" – deyən Prezident bildirib ki, biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında sənədlərin imzalanması əlaqələrin davamlığına əsaslanır. İki ölkə arasında münasibətlər bir çox sahədə stratrji əhəmiyyət daşıyır. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. "Masdar" ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.
Ölkələrimiz arasında mədəni sahədə əlaqələr də ardıcıl və sistemli şəkildə inkişaf etdirilir. Keçirilən mədəniyyət günləri, sərgilər və təqdimatlar xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verir. Xüsusilə 2024-cü ildə Əbu-Dabi şəhərində təşkil olunmuş “Şuşa Günləri” adlı tədbir Azərbaycanın zəngin tarixi və mədəni irsinin BƏƏ ictimaiyyətinə çatdırılması baxımından əlamətdar hadisə kimi dəyərləndirilir. Bu cür təşəbbüslər humanitar diplomatiyanın güclənməsinə, ölkələrimizin dostluq münasibətlərinin daha da dərinləşməsinə və uzunmüddətli əməkdaşlıq üçün etibarlı əsasların formalaşmasına xidmət edir.
Azərbaycan və BƏƏ, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla beynəlxalq platformalar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Xüsusilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olduğu 2012-2013-cü illərdə BƏƏ-nin ölkəmizə göstərdiyi siyasi dəstək yüksək qiymətləndirilir. Bu əməkdaşlıq tərəflərin beynəlxalq hüquqa və çoxtərəfli diplomatiyaya verdiyi önəmi nümayiş etdirməklə yanaşı, regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin və siyasi sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Ticarət, investisiya və yaşıl enerji əməkdaşlığı
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi sahədə əməkdaşlıq son illərdə dinamik şəkildə inkişaf edir və konkret rəqəmlərdə öz təsdiqini tapır. Belə ki, cari ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artaraq 147,49 milyon ABŞ dollarına çatıb. Bu artım qarşılıqlı iqtisadi maraqların genişləndiyini, eyni zamanda, imzalanmış sazişlərin real nəticələr verdiyini göstərir. İnvestisiya sahəsində isə Azərbaycan İnvestisiya Holdinqi ilə Əbu-Dabi İnkişaf Holdinqi tərəfindən yaradılmış Birgə İnvestisiya Fondu bir sıra prioritet layihələrin maliyyələşdirilməsinə və uzunmüddətli iqtisadi əməkdaşlığın möhkəmlənməsinə şərait yaradır.
Turizm sahəsində əlaqələrin inkişafında birbaşa aviareyslərin xüsusi rolunu da vurğulamalıyıq. Bakı ilə Əbu-Dabi, Dubay və Şarja şəhərləri arasında həyata keçirilən birbaşa uçuşlar insanların gediş-gəlişini asanlaşdır
Son illər Azərbaycanla BƏƏ arasında hərtərəfli əlaqələrin genişlənməsi, xüsusilə də nəhəng enerji layihələrinin reallaşdırılması münasibətləri yeni mərhələyə çıxarıb. Bu əlaqələr münasibətlərin daha yüksək səviyəyyə qaldırılmasına öz töhfəsini verir.
Prezident İlham Əliyevin bildirdiyi kimi, "Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək".

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər