PDF Oxu

Siyasət

  • 1 111

Mühüm və tarixi əhəmiyyət daşıyan təşəbbüs

image

Amnistiya təşəbbüsü Prezident cənab İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm və tarixi əhəmiyyət daşıyan təşəbbüsdür.

Azərbaycan Respublikasında dövlət siyasətinin əsas istiqamətlərindən biri insan amilinə verilən yüksək dəyər, humanizm və sosial ədalət prinsiplərinin ardıcıl şəkildə qorunmasıdır. Bu baxımdan Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü ölkəmizdə həyata keçirilən humanist siyasətin bariz nümunəsi kimi xüsusi əhəmiyyət daşıyır.

Amnistiya təşəbbüsü təkcə hüquqi akt olmaqla kifayətlənmir, eyni zamanda cəmiyyətin mənəvi-əxlaqi dəyərlərinə söykənən, insanlara ikinci şans verilməsini nəzərdə tutan mühüm sosial hadisədir. Dövlət başçısının bu addımı Azərbaycan Konstitusiyasının əsas prinsiplərinə, insan hüquq və azadlıqlarının qorunmasına, sosial ədalətin təmininə və hüquqi dövlət quruculuğuna tam uyğun gəlir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən bu təşəbbüs xüsusi rəmzi məna daşıyır. Müstəqil və suveren Azərbaycanın gücü yalnız iqtisadi və hərbi potensialı ilə deyil, eyni zamanda humanist dəyərlərə əsaslanan idarəçilik fəlsəfəsi ilə ölçülür. Prezident İlham Əliyev öz siyasi iradəsi ilə bir daha nümayiş etdirir ki, güclü dövlət ilk növbədə vətəndaşına qayğı göstərən, onun cəmiyyətə reinteqrasiyasına şərait yaradan dövlətdir. Amnistiyanın elan edilməsi minlərlə ailəyə sevinc bəxş etməklə yanaşı, cəmiyyətdə bağışlama, mərhəmət və qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə xidmət edir. Bu təşəbbüs eyni zamanda islah olunmaq, düzgün həyat yoluna qayıtmaq istəyən şəxslər üçün yeni imkanlar açır və onların gələcəkdə cəmiyyətin faydalı üzvünə çevrilməsinə stimul verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu kimi humanist addımlar göstərir ki, Azərbaycan dövləti milli maraqlarla yanaşı, ümumbəşəri dəyərlərə də sadiqdir. Amnistiya təşəbbüsü bir daha sübut edir ki, dövlətimizin başçısı hüquqi, demokratik və humanist dövlət quruculuğunu ardıcıl şəkildə davam etdirir və bu siyasət xalq tərəfindən daim dəstəklənir. Bu mühüm təşəbbüs “Konstitusiya və Suverenlik İli”nin mahiyyətinə tam uyğun olaraq, müasir, güclü və humanist Azərbaycanın inkişaf yolunda atılmış növbəti əhəmiyyətli addımdır.

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər