"Cənab Prezident İlham Əliyevin siyasətinin ana xəttində dayanan məsələ xalqımızın milli maraqlarının təmin edilməsi, qlobal arenada üzərimizdən silinən məğlub imicin qalib xalqla əvəzlənməsi, qürurlu milli kimliyimiz, başıdik həyat yaşamağımız, habelə insan hüquq və azadlıqlarının tam və bütöv əsasda təmin olunmasıdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.Onun sözlərinə görə, məhz bu məqsədlər işığında Yeni il bayramı və Həmrəylik günü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüs göstərdiyi 20 min nəfərə şamil olunacaq “Amnistiya aktı” əhatə dairəsinə görə ən böyüyüdür: "Burada birinci amil odur ki, dövlət başçımızın yürütdüyü siyasət humanizm prinsipləri üzərində qurulub. Dövlətimiz hər bir vətəndaşına sahib çıxır. Sözsüz ki, “Amnistiya aktının” əhatə dairəsinin bu qədər geniş olması ilə bu məsələ tarixi əhəmiyyət qazanacaq. İkinci məsələ odur ki, bu qədər genişmiqyaslı akt başqa bir zamanda deyil məhz “Konstitusiya və Suverenlik İli” çərçivəsində və bütöv, suveren Azərbaycanda baş tutacaq. Məhz bu iki amil incə hesablanmış, dəqiq müəyyən edilmiş addımların nəticəsidir. Dövlət başçımızın hər addımı kimi bu qərarı da düşünülmüş məsələdir.Əslində, ölkəmizdə “Konstitusiya və Suverenlik İli”nin qeyd olunması ilə biz bütün dünyaya nümayiş etdirdik ki, artıq ana maddələr toplumuzun hər bir maddəsi suveren Azərbaycan torpaqlarının hər bir qarışında ali qüvvəyə sahibdir. Azərbaycan dövləti hər bir qarış torpağını qoruyur, bərpa edir, qurur-yaradır, həmçinin hər bir vətəndaşını diqqət mərkəzində saxlayır. İnsan hüquq və azadlıqları Azərbaycanda sırf insan olmaq amili üzərindən dəyərləndirilir və təmin edilir. Sözügedən akt 20 min insanı deyil, onların ailə üzvləri, doğmaları, əzizləri də olmaqla silsilə insanları əhatə edəcək ki, bu da bayram qabağı xalqımıza verilən müjdə olacaq. Cənab Prezident İlham Əliyevin bütün addımları kimi bu qərarı da olduqca təqdirəlayiqdir. Bayram qabağı insanlar dövlət başçımızdan bir daha məmnunluqlarını ifadə edirlər".
Müəllif: Günel Fərzəliyeva