Prezident İlham Əliyevin amnistiya təşəbbüsü dövlət başçısının humanizm, ədalət və mərhəmət prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Bu addım cəmiyyətin sosial rifahının möhkəmləndirilməsinə və insan hüquqlarının qorunmasına xidmət edir.
Amnistiya aktı müxtəlif kateqoriyadan olan şəxslərə, o cümlədən az ağır cinayətlər törətmiş, cəzasının böyük hissəsini çəkmiş, sosial həssas qruplara aid məhkumlara şamil olunması ilə minlərlə ailəyə sevinc bəxş edəcək.
Amnistiya təşəbbüsü Azərbaycan dövlətçiliyinin əsasını təşkil edən hüquqi dövlət və sosial ədalət prinsiplərinin davamlılığını təmin edir və cəmiyyətin dövlətə olan inamını daha da gücləndirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır. Amnistiya qərarları da bu humanist siyasətin ardıcıl və sistemli xarakter daşıdığını nümayiş etdirir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən bu təşəbbüs miqyası və əhatə dairəsinə görə müstəqil Azərbaycanın tarixində ən geniş amnistiya aktlarından biri kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə ümumilikdə 12 amnistiya aktı və 71 əfv sərəncamı imzalanıb ki, bu da dövlət başçısının humanist idarəçilik ənənələrinə sadiqliyini açıq şəkildə göstərir.
Kənan Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi