Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən Ermənistanın 30 ilə yaxın işğalçılıq siyasətinə 44 günlük Vətən müharibəsində son qoyulduqdan 3 il sonra - 2023-cü ilin sentyabr ayında birgünlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edildi. Bununla da Konstitusiyamızın ali hüquqi qüvvəsi Azərbaycanın bütün ərazilərində real şəkildə təmin olundu. Bu hadisələr müasir tariximizin ən böyük qələbəsi kimi dəyərləndirilir.
“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi təşəbbüsü ilə Prezident İlham Əliyev humanizm siyasətini davam etdirir və müstəsna səlahiyyəti olan bağışlamaq hüququndan məhz insanlara azadlıq kimi gözəl nemətin bəxş edilməsində istifadə edir.Ümumiyyətlə, amnistiya ölkənin siyasətinin göstəricilərindən biridir.Hər hansı ölkədə amnistiya verilirsə, bunlar hadisələrə uyğun olaraq verilir.Azərbaycanda isə davamlı olaraq verilən amnistiyalar həm müəyyən tarixi hadisələrə həsr olunub, həm də bu və digər zərurətdən irəli gələrək verilib.Azərbaycan Prezidentinin təşəbbüsü əsasında 2021-ci ildə "8 Noyabr - Zəfər Günü münasibətilə”verilən amnistiya qərarı 17 min 267 şəxsə şamil olundu. Bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiya hesab olunurdu.Lakin "Konstitusiya və Suverenlik İli"ndə növbəti amnistiya aktı əhatə dairəsinə görə ən böyük amnistiya olacağı gözlənilir. Amnistiyaların verilməsi Azərbaycan dövlətinin gücünü, qüdrətini bir daha nümayiş etdirir.Yəni ölkəmizdə amnistiya verilirsə, bu olkəmizdə vətəndaşa olan münasibətdi,humanist bir addımdır.
Amnistiya aktının layihəsinə əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.
Təklif olunan amnistiya müstəqil Azərbaycanın tarixində miqyasına görə ən böyük amnistiya aktı olacaq. Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Azərbaycanın müstəqillik dövründə amnistiya və əfv institutlarının tətbiqi ardıcıl və sistemli xarakter daşıyıb. 1995-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi əsasında 7 amnistiya aktı və 32 əfv fərmanı imzalanıb, 77 mindən çox insan amnistiyaya düşüb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də ardıcıllıqla davam etdirilib və tətbiqi dairəsi genişləndirilib. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə dəfələrlə amnistiya və əfv təşəbbüsü ilə çıxış edib, onminlərlə məkhumun azad edilməsi və cəzasının azaldılması qərarları verib. Qeyd edək ki, birinci vitse-prezident Mehriban Əliyeva da Milli Məclisin deputatı olarkən dörd dəfə amnistiya təşəbbüsü ilə çıxış edib. Onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Butəşəbbüslərxeyirxahlıqvəmərhəmətkimimənəviideallarıntəcəssümünəçevrilib.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri