PDF Oxu

Siyasət

  • 440

Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüs - ŞƏRH

image


Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən bu mühüm təşəbbüs Azərbaycanın müasir və məsuliyyətli dövlət kimi formalaşmasının bariz göstəricisidir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi insan amilinin ön plana çəkilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı şəkildə təmin olunması, cəmiyyətdə ədalət, qarşılıqlı hörmət və həmrəylik mühitinin qorunması bu təşəbbüsün mahiyyətini təşkil edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələri ardıcıl şəkildə qorunur və inkişaf etdirilir. Müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh və qarşılıqlı anlayış şəraitində birgə yaşaması Azərbaycan modelinin əsas üstünlüklərindən biridir. Sözügedən təşəbbüs də məhz bu dəyərlərin möhkəmləndirilməsinə, mədəniyyətlərarası dialoqun genişləndirilməsinə və humanist ideyaların cəmiyyətin bütün təbəqələrində təşviqinə xidmət edir.
Eyni zamanda, bu təşəbbüs Azərbaycanın beynəlxalq müstəvidə sülhə, əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan siyasətinin tərkib hissəsidir. Humanitar sahədə irəli sürülən belə addımlar ölkəmizin qlobal çağırışlara biganə qalmadığını, ümumbəşəri problemlərin həllinə töhfə vermək niyyətində olduğunu aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin humanizmə əsaslanan bu siyasəti Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, etibarlı tərəfdaş kimi tanınmasına və regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfə verir.

Ellada Hacıyeva

YAP Qusar rayon təşkilatının fəal üzvü

Digər xəbərlər