PDF Oxu

Siyasət

  • 370

Humanist siyasətin növbəti nümunəsi - ŞƏRH

image

Əlimizdə Heydər Əliyev siyasi kursunun humanist addımlarının miqyasını göstərən geniş bir məlumat var. Orada göstərilir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçən 34 il ərzində ölkədə 12 dəfə amnistiya aktı qəbul edilib və həmin aktlar ümumilikdə 70 min şəxsə şamil olunub. İlk amnistiya elə Azərbaycanın müstəqilliyinin bərpası münasibətilə qəbul edilmişdi. Bu amnistiya aktlarının əksəriyyəti İlham Əliyevin Prezident olduğu dövrə düşür. Eyni zamanda, indiyə qədər dövlət başçısının imzaladığı əfv sərəncamlarının sayı 70-dən çoxdur. Bunların da əksəriyyəti məhz indiki dövlət başçısının hakimiyyəti dövrünə aiddir. Qürurla deyə bilərik ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bağışlamaq, əfv etmək, hansısa səhvi və ya günahı üzündən əzizlərindən ayrı düşmüş insanların ailəsinə, ocağına qovuşmasını təmin etmək kimi humanist addımlar müasir Azərbaycan həqiqətlərinin mühüm tərkib hissələrindən biridir. Həm Ümummilli liderin, həm Prezident İlham Əliyevin, həm də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətli təşəbbüslərinin sayı hər il artır. Həmin təşəbbüslərin – əfv sərəncamı və amnistiya aktlarının icrası zamanı on minlərlə soydaşımız, eləcə də ölkəmizdə həbs edilmiş əcnəbi şəxslər öz azadlıqlarına qovuşublar
Yaxın tariximizdə imzalanan əfv sərəncamları və amnistisiya aktları birmənalı şəkildə bizə onu deməyə əsası verir ki, müasir Azərbaycan dövlətinin siyasətində humanizm, sosial ədalət və vətəndaş rifahı əsas prioritetlərdən biri kimi çıxış edir. Bu baxımdan Prezident İlham Əliyevin irəli sürdüyü və dəstəklədiyi amnistiya təşəbbüsləri dövlətin cəza siyasətində mərhəmət, ədalət və islah prinsipinin ön planda tutulduğunu aydın şəkildə nümayiş etdirir. Amnistiya aktları təkcə hüquqi mexanizm deyil, eyni zamanda cəmiyyətin mənəvi dəyərlərinə söykənən, insan amilini əsas götürən siyasi iradənin ifadəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət göstərir ki, cinayət törətmiş şəxs ömürlük damğalanmamalı, düzgün istiqamət verildikdə faydalı vətəndaşa çevrilə bilər. Bu isə hüquqi və mənəvi baxımdan yüksək dəyər daşıyan yanaşmadır.
Fərəhləndirici və qürurvericidir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hər bir istiqamətdə, o cümlədən sözügedən sahədə ardıcıl uğurlar əldə olunur ki, bütün bunlar da Azərbaycanın və azərbaycanlıların parlaq gələcəyini şərtləndirəcəkdir.

Əsli Novruzova

YAP Qusar rayon təşkilatının fəal üzvü

Digər xəbərlər