PDF Oxu

Siyasət

  • 619

Abbas Abbasovun Samvel Karapetyanla biznesi ortağı olduqları üzə çıxdı ANALİZ

image

İçimizdə elə şəxslər var ki, onlar bəzən dövlətçilik maraqlarına qarşı qərəzli mövqe tutanda təəccüblənirsən. Düşünürsən ki, bu şəxs nədən Azərbaycan xalqının və dövlətinin mənafeyni xarici dairələrin istəklərinə qurban verməyə çalışırlar. Səthi araşdırma apardıqdan sonra, necə deyərlər, xoruzun quyruğu görünür. Məlum olur ki, satqın və xəyanət yolu tutan azərbaycanlı adına iddialı şəxslərin soyunda, kökündə zibil var. Yəni onların qanları qarışıqdır. Barəsində zor gücünə hakimiyyəti ələ keçirməyə yönələn hərəkətlərdə ittiham olunan və həbs edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin tərcümeyi-halında ermənilərlə qohumluğu olan məqamlar üzə çıxır. Onun həyat yoldaşı ermənidir. Məhz erməni həyat yoldaşının əlaqələri hesabına Ramiz Mehdiyev sovet dövründə Kommunist partiyasına gətirilib və sonra müxtəlif vəzifələrə irəli çəkilib. Ramiz Mehdiyevin işi ilə bağlı istintaq araşdırmaları genişləndikcə məlum olur ki, dəstənin fəal üzvlərindən hesab olunan Abbas Abbasovun soy-kökü ermənilərə bağlıdır. Məlumata görə, Abbas Abbasovun qayınanası 1924-cü il Şəmkir rayonunun Borum kəndində doğulmuş Göharik Voskanovna adlı erməni olub, sonradan adı Gövhər olaraq dəyişdirilib və Gəncədə həyat yoldaşı Mobil Quluyevin yanında dəfn edilib. Abbas Abbasov baş nazirin birinci müavini olduqdan sonra erməni qayınanası məcburən İmamzadədə islam dinini “qəbul edib”, vəfat etməmişdən öncə isə erməni qohumlarının adlarını sadalayaraq, Ermənistanda dəfn olunmağını vəsiyyət edib. Abbasov isə sevimli qayınanası vəfat edəndə belə Azərbaycana gələ bilməyib. Abbas Abbasov həyat yoldaşı Bella Nobilovnanın (Nobil qızı) da adını dəyişdirərək Bilqeyis qoyub. O, Xarici Dillər Universitetində çalışıb, 1995-ci ildən sonra fəaliyyətini praktiki olaraq dayandırsa da, iş cədvəlinə uyğun olaraq maaş alıb. On il ərzində qiyabi olaraq elmlər namizədi olub, dosent adına yiyələnib. Onun akademik fəaliyyəti ilə bağlı şübhəli məqamlar olduğu iddia edilir.

Abbas Abbasovun erməni qohumu olan ortaqları

Ermənilərlə qohumluğu A.Abbasovun biznes fəaliyyətində də rol oynayıb. İddialara görə, onun Samvel Karapetyanla ailəvi və biznes əlaqələri mövcuddur. Məhz S.Karapetyanın dəstəyi ilə A.Abbasov Ermənistanın Göyçə gölü ərazisində özünə otel və turizm mərkəzi inşa etdirib. Məlumdur ki, Samvel Karapetyan Rusiyada və Ermənistanda böyük biznesi olan ermənidir. Samvel Karapetyan 2000-ci ildə “Taşir” Xeyriyyə Fondunu qurduqdan sonra Rusiyada qazandığı maliyyə vəsaitlərini Ermənistan və Azərbaycanın işğal altında olmuş ərazilərində yerləşdirib. 2020-ci ildə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsdən azad edilməsi üçün girovun bir hissəsini Samvel Karapetyan ödəyib. Bu erməni məxluq Qarabağda terrorçuların maliyyələşdirilməsində, onların silah-sursatla təmin olunmasında yaxından iştirak edib. Hazırda Paşinyanın əl-ayağına dolaşdığı üçün həbs edilərək arxivə göndərilib. Məhz belə bir terroru maliyyələşdirən şəxslə A.Abbasov yaxın əlaqələr qurub, dostluq edib. Bu da təbii ki, Azərbaycana olan düşmənçilik münasibətindən irəli gəlir. Məhz bu düşmənçilyin nəticəsidir ki, Abbas Abbasov 2013-cü ildə hazırlanan ölkədə qanuni hakimiyyəti zorla ələ keçirmək planlarının əsas fiqurlarından olub. O, hələ baş nazirin müavini olanda Rusiyanın müəyyən dairələri ilə sıx əlaqələrə malik idi. Vəzifəsindən azad edildikdən (2006-cı ildən) sonra Rusiyaya köçdü və Azərbaycana qarşı planların kordinatoru-icraçısı missiyasını üzərinə götürdü. 2012-ci ilin 28 sentyabr tarixində Abbas Abbasovun rəhbərliyi ilə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı”nın yaradılması bu prosesin start nöqtəsi oldu.

Təşkilatın yaradılması ilə bağlı bəyanatda məqsədin “azərbaycanlıların Rusiyanın ictimai-siyasi həyatına fəal inteqrasiyasını təşkil etmək” olduğu iddia edilsə də, gerçək hədəf Rusiyadakı diaspor təşkilatlarımızın və tanınmış azərbaycanlıların Kremlin çətiri altında toplanması idi. Rusiya Azərbaycan Təşkilatları İttifaqının fəaliyyət konsepsiyası bu ölkədəki ictimai təşkilatlarımızın Rusiyanın yeni dövlət strategiyası çərçivəsində effektiv fəaliyyətini təmin etmək, Bakı-Moskva xəttində mübahisəli məsələlər yarandığı zaman diasporumuzun Azərbaycanın əleyhinə yönləndirməkdən ibarət olub. Misal üçün, Qəbələ RLS-in çıxarılması, Azərbaycanın neft və qaz ixracının enerji bazarında rolunun artması, eləcə də rəsmi Bakının müstəqil xarici siyasəti, bir sözlə, Moskvanın xoşuna gəlməyən proseslər zamanı Rusiya Azərbaycan Təşkilatları İttifaqı Abbas Abbasovun rəhbəriyi ilə bu ölkədəki diasporumuzu təşkilatlandırmaq və Kremlin Azərbaycana qarşı təzyiq siyasətində alətə çevirmək missiyasını icra edirdi. 2013-cü il prezident seçkiləri ərəfəsində Rusiyanın maraqlı dairələrinin Azərbaycana qarşı təzyiqləri Moskvanın ölkəmizdə hakimiyyəti dəyişmək planı haqda məlumatları gündəmə gətirdi. Hadisələr də bu yöndə inkişaf edirdi. Proseslərdən aydın olur ki, layihənin həyata keçirilməsində əsas fiqurlar Abbas Abbasov, Ramiz Mehdiyev, Əli Kərimli, Cəmil Həsənli və onların yaxın ətrafı olub.

Hələ də A.Abbasov təlimatları Rusiya xüsusi xidmət orqanlarından alır

Faktlarla sübuta yetirilir ki, Abbas Abbasov Azərbaycanda hakimiyyət dəyişikliyi planını həyata keçirmək üçün Milli Şuraya 20 milyon dollar vəd edib və bunun bir qismini göndərib. Milli Şuranın keçirdiyi aksiyalara, seçki hazırlığına, imzatoplama kampaniyasına və digər məsələlərə sərf olunan pulların Moskvadan, birbaşa Abbas Abbasovdan gəldiyi haqqında da kifayət qədər məlumat vardı. Pul bölgüsündə Milli Şurada düşən dava diqqəti bu fakta xüsusilə yönəltdi. Seçki ərəfəsində Cəmil Həsənliyə imza toplamaq üçün ayrılan 500 min dolların Müsavat və AXCP tərəfindən mənimsənildiyinə dair məlumatlar yayılmışdı. Abbas Abbasovun Azərbaycandakı fəaliyyətini digər kanallar vasitəsilə gücləndirdiyi də deyilir. Məlumatlara görə, Abbasov yaxın olduğu Müsavat sədrinin müşaviri, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynlini Bakıya öz adamı kimi göndərib. Müsavat Partiyasının Milli Şuraya Abbas Abbasovun adından Tofiq Hüseynli dəvət edib və müxtəlif vədlərlə İsa Qəmbəri bu addımı atmağa razı salıb.

2014-cü ildə Türkiyə Milli İstihbarat Təşkilatının “Milyarderlər ittifaqı” və nurçularla bağlı Azərbaycana təqdim etdiyi məxfi məlumatlar da Milli Şuranın Rusiya bağlantılarını ifşa edir. Bu barədə həmin dövrdə mediada məlumatlar getmişdi. Təqdim edilən dosyelər MİT-in illər ərzində topladığı audio, video, foto və operativ məlumatlardan ibarət olub. Dosyelərdə Rusiyada yaradılan “Milyarderlər ittifaqı”nın 2013-cü il prezident seçkiləri ərəfəsində Azərbaycanda hakimiyyət dəyişikliyi planları, bu məqsədlə Azərbaycan müxalifəti ilə birgə fəaliyyətinə dair məlumatlar öz əksini tapıb. İttifaq üzvlərinin Türkiyədə, xüsusən “Milyarderlər ittifaqı”nın üzvləri olan Telman İsmayılova məxsus “Mardan Palace” otelində keçirdikləri gizli görüşlər izlənilib. Dosyedə ən çox adı çəkilən şəxslərdən biri Abbas Abbasovdur. Abbas Abbasovun Türkiyəyə müntəzəm səfərləri, siyasi və biznes dairələri ilə təmaslarının səs yazısının da təqdim olunan informasiyalar arasında olduğu deyilir. Onun bir neçə gün öncəyə qədər Türkiydə olduğu və sonra da rəsmi Kremlin tapşırığı ilə Ruiyaya qaçdığı bildirilir. Yəni A.Abbasov dost, qardaş Türkiyəmizin Azərbaycana xəyanət edən şəxsin həbsinə qərar verəcəyini Rusiya xüsusi xidmət orqanları anlayıb. Ona görə də, əlaltıları olan A.Abbasovu qorumaq üçün ona Türkiyəni tərk edərək Moskvaya gəlməsini əmr ediblər. Lakin onun gizlənməsi uzun çəkməyəcək. Çünki Azərbaycanın gücü və qüdrəti kimsəyə cinayətdən yayınmağa imkan vermir. Gec-tez A.Abbasov həbs edilərək Azərbaycana gətiriləcək və əqidə dostu, yaxın ortağı Ramiz Mehdiyev, Əli Kərimli və digərləri ilə ədalət mühakiməsinə çıxarılacaq.

İLHAM ƏLİYEV

Digər xəbərlər