PDF Oxu

Siyasət

  • 986

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biridir - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsasını milli maraqlarla yanaşı, yüksək humanist dəyərlər təşkil edir. İnsan amili, vətəndaş rifahı, sosial ədalət və hüquqi dövlət prinsipləri bu siyasətin başlıca istiqamətlərindəndir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar cəmiyyətin bütün təbəqələrinin maraqlarına xidmət edir və insan hüquqlarının etibarlı təminatını formalaşdırır. Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü də məhz bu humanist siyasətin bariz nümunəsidir. Amnistiya aktları Azərbaycan dövlətinin hüquqi, demokratik və insanpərvər mahiyyətini bir daha nümayiş etdirir. Bu qərar dövlətin vətəndaşına olan yüksək etimadının, mərhəmət və ədalət prinsiplərinə sadiqliyinin göstəricisidir. Amnistiya institutunun tətbiqi cəmiyyətin sağlamlaşmasına, sosial ədalətin bərqərar olmasına və səhv etmiş şəxslərin yenidən cəmiyyətə inteqrasiyasına geniş imkanlar yaradır. Belə addımlar cəzanın qaçılmazlığı ilə yanaşı, islah olunma və düzgün yola qayıtma imkanının da mövcudluğunu təsdiqləyir. Bu isə hüquqi dövlət anlayışının ayrılmaz tərkib hissəsidir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü Azərbaycan dövlətçiliyinin möhkəm təminatlara malik olduğunu, suveren siyasətin insan hüquqlarının qorunması ilə vəhdət təşkil etdiyini göstərir. Prezident İlham Əliyevin humanizmə əsaslanan siyasəti milli birliyin möhkəmlənməsinə, ictimai sabitliyin qorunmasına və cəmiyyətin davamlı inkişafına mühüm töhfə verir. Beləliklə, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Prezident İlham Əliyevin insanyönümlü dövlət siyasətinin məntiqi davamı olmaqla, humanizm, sosial ədalət və hüquqi dövlət prinsiplərinin Azərbaycan cəmiyyətində ardıcıl şəkildə tətbiq edildiyini bir daha təsdiqləyir.

Könül İbrahimova

YAP Yasamal Rayon Elm və Təhsil Nazirliyinin fiziologiya institutu üzrə ərazi partiya təşkilatinin sədri

Digər xəbərlər