Azərbaycan Respublikası Qafqaz bölgəsinin yeni və dayanıqlı təhlükəsizlik sistemini yaratmaqla bərabər, Avrasiya məkanında etibarlı təhlükəsizlik mühitinin formalaşmasına əməli töhfələr verir, qlobal miqyasda təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılmasında öncül mövqe tutur və bu statusunu son dövrlərdə daha da möhkəmləndirir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan quruculuq strategiyasının bu sahədə də uğurla reallaşması respublikamızı regionun lider dövlətinə, qlobal miqyaslı nüfuz sahibinə çevirmişdir.
Azərbaycanın son illərdə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsi, bariz nümunəsidir. Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanın yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsi isə dövlət başçısı kimi cənab İlham Əliyevin tarixi missiyasının ən parlaq məqamlarından oldu.
2020-ci ilsentyabrın 27-də Ermənistanın növbəti təxribatlarına qarşı Vətən uğrunda "İrəli" əmri verən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ərazilərimizin 30 illik işğalına son qoymağın zamanının çatdığının mesajını verdi. Savaşın ilk günündən qəhrəman döyüşçülərimiz addım-addım torpaqlarımızı işğaldan qurtarmağa başladılar. Müharibənin 44 günü ərzində kəndlərimizin, qəsəbələrimizin, şəhərlərimizin bir-bir azad olmasınınmüjdəsinin Prezident İlham Əliyev tərəfindən xalqımıza yetirilməsi xoş ənənəyə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük Şuşa zəfərini məhz Şəhidlər xiyabanından xalqımıza çatdırması isə xüsusi rəmzi məna daşıyırdı və bu, torpaqlarımız uğrunda canlarını qurban verən oğul və qızlarımızın qisasının alındığına işarə idi. İkinci Qarabağ savaşının 44 günü ərzində rəşadətli Azərbaycan Ordusunun düşmənin başına endirdiyi sarsıdıcı "dəmir yumruq" zərbəsinin təsiri idi ki, Ağdam, Kəlbəcər, Laçın bir güllə atılmadan, bir itki verilmədən azad edildi.
Azərbaycanın qürurla ev sahibliyi etdiyi COP29 Konfransı sadəcə iqlim dəyişikliyi mövzusunda deyil, həm də ölkənin beynəlxalq səviyyədə öz liderlik qabiliyyətini nümayiş etdirmək yolunda tarixi bir addım oldu. Bakı dünya siyasətinin qəlbi kimi döyünərək, ən mürəkkəb problemlərin müzakirə olunduğu bir məkana çevrildi. Bu konfrans Azərbaycanın yalnız bir müşahidəçi deyil, qlobal çağırışlara cavab verən bir lider olduğunu bütün dünyaya sübut etdi.
Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, formalaşdırdığı səmərəli dövlət idarəçiliyi sayəsində son 22 ildə Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artmış, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da güclənmişdir. Ölkənin təbii ehtiyatlarından, coğrafi mövqeyindən, maddi, mənəvi və insan resurslarından səmərəli istifadəyə, transmilli nəqliyyat-kommunikasiya və enerji dəhlizləri sahəsində həyata keçirilən uğurlu regional siyasət və düzgün mövqe seçiminə, sosial-iqtisadi inkişafın davamlılıq və dinamiklik göstəricilərinə, gələcək inkişaf potensialına və digər parametrlərinə görə də hazırda Azərbaycan regionun özünü tam təmin edən dövlətidir. Qalib Lider İlham Əliyevin bundan sonra da xalqımıza hələ çox qürurlu, şanlı günlər yaşadacağına tam əminik.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı