Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı üzrə Suvarma Sistemləriİdarəsi ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qalib Xalqın Qalib Lideri” adlı tədbir keçirilib.
Tədbir zamanı ilk öncə Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayevtədbiri giriş sözü ilə açaraq bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncam 30-cu ilini qeyd etdiyimiz Konstitusiyamıza və ölkəmizin suverenliyinə və 5 illiyini qeyd etdiyimiz Möhtəşəm Zəfərimizə verilən dəyərin təcəssümüdür.
Vüqar İsayev 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədi daşıdığını vurğulamış, istənilən xalq üçün müstəqil, suveren dövlətini yaratmaq və onu inkişaf etdirmək ən böyük nailiyyət olduğunu bildirərək qeyd edib ki, müasir Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyaları ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev milli maraqlara əsaslanan uzaqgörən siyasəti ilə Azərbaycanın müstəqilliyinin daimiliyi, dönməzliyi və əbədiliyini təmin etməklə xalqımıza çoxsaylı uğurlar qazandırmışdır.
Qalib Xalqın Qalib Lideri, Prezident İlham Əliyevin misilsiz fəaliyyəti isə uğurlu inkişafımızın əsası olmaqla bərabər, həm də sabitliyin möhkəmləndirilməsi, davamlı yüksəlişin təmin edilməsi və vətəndaş cəmiyyətinin bərqərar olması baxımından çox dəyərlidir və qədirbilən xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Sözü ilə əməli bir olan, daim vədinə sadiq qalan dövlətimizin başçısının xalqa verdiyi vədləri yerinə yetirməsinin ən parlaq nümunəsi torpaqlarımızın işğaldan azad olunması və üçrəngli bayrağımızın bütün ərazilərimizdə ucaldılmasıdır. Hər bir azərbaycanlının Prezidenti olacağını vəd edən və ötən müddət ərzində sözünün sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə sübuta yetirən Prezident İlham Əliyev xalqın yüksək rəğbət və məhəbbətini qazanıb. Dövlət başçısının Azərbaycanın milli maraqlarını daim uca tutması xalqımızı Onun ətrafında sıx birləşdirib.Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ölkənin inkişafında, eləcə də milli maraqların qorunmasında öz əksini tapır və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə və xalqın rifahının yüksəlməsinə xidmət edir.
Sonra tədbirdə çıxış edənlərGöygöl Suvarma Sistemləriİdarəsi ərazi partiya təşkilatının sədri İsmayıl Əvəzov və partiya fəallarıı Gündüz Cəlilov və Ləman MustafayevaUlu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində qazanılan uğurlardan bəhs edərəkbildiriblər ki, Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib və bu liderlik əsrlər boyu davam edəcək.
Tədbirdə ƏraziPartiya Təşkilatının işində fəal iştirak etdiyinə görə Vüsal Məmmədovvə Lalə Ələkbərova YAP Göygöl rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edilib, onlara hədiyyələr təqdim olunub, Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.