PDF Oxu

Siyasət

  • 1 340

"Avropa Parlamentinin qərəzli qətnamələri Azərbaycanı yolundan döndərə bilməz" -ŞƏRH EDİLDİ

image

"Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnamə ilə bağlı Milli Məclis bəyanat qəbul etdi. Bəyanatda avropalı parlamentarilərin Ermənistanın öuzun illər ərzində tapdalanmış haqları haqqında heç vaxt səsini çıxartamadığı halda öz müstəqlliyini təmin edərək firavan və təhlükəsiz həyta təmin etmiş ölkəmizə dikte ritoruikası ilə ittiham etmək istəklərini kəskin pisləmişdir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, Avropalı parlamentarilər çox yaxşı bilirlər ki, Azərbaycanda yaşayan bütün vətəndaşlara, onun milli, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bərabər münasibət sərgilənir, hüquqları qorunur və azadlıqlar təmin olunur: "Məhz Prezident İlham Əliyevin Milli Məclisə göndərdiyi 20 min nəfəri əhatə edəcək Amnistiya Aktı da dövlətin öz vətəndaşına göstərdiyi humanist və bərabər münasibətin göstəricisidir. Amma təəssüf ki, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini, dövlətimizin güclənməsini və xalqımızın sabitlik və rifah içində yaşamasını istəməyən, bundan narahat olan dairələr hər zaman olduğu kimi öz repertuarını dəyişmək istəmir. Belə ki, Avropa Parlamenti Azərbaycanı hədəf almaqdan əl çəkmir. Özü də reallıqları kontekstdən çıxardaraq, öz maraqlarına cavab verən formada… Sual olunur, niyə məhz son zamanlar Azərbaycana qarşı sərt ritorika və addımlar yenidən və daha da aktuallaşıb?Avropa Parlamentinin 18 dekabr 2025-ci il tarixli qətnaməsi qərəzdən, iftiradan, aranı qatmaqdan, milli heysiyyətlərimizə toxunmaqdan başqa bir şey deyil. Avropa Parlamentində bir az belə ədalət olsaydı heç olmasa əvvəlcə 20 min nəfərə şamil olunacaq Amnistiya Aktının qəbul olunmasını təqdir edərək sonra digər məsələləri səsləndirərdi. Bəli, onlara Azərbaycan vətəndaşının haqqının müdafiəsi maraqlı deyil. Görünən odur ki, avropalı parlamentarilər sadəcə onların Azərbaycana uzadılan əllərin qarşısının kəsilməsindən narahatdırlar. Təbii ki, dövlətə və dövlətin qanunlarına əks gedən hər bir kəs qanun qarşısında məsuliyyət daşımalıdır.Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edən Avropanın özündə azad fikir ifadə edən insanların təqib edildiyini, etirazını bildirmək üçün aksiyalara qoşulanların atların təpikləri altına salındığını və itləri üstlərinə buraxılması hallarını az müşahidə etməmişik. Avropalı parlamentarilər, həqiqətən, insan haqlarından danışırsa, niyə öz ərazilərində haqları pozulan avropalıların hüquqlarının müdafiəsindən heç vaxt danışmır?Avropa Parlamenti qətnamədə səsləndirlən ritorika ilə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri vasitəsilə möhkəmləndirilməyə çalışılan etimad mühitinin gedişatına dolayısı ilə zərbə vurmağa çalışır.Qətnamə qərəz və iftira ilə dolu olmaqla bərabər, bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsinə zərbə vurmaq cəhdidir. Bu, sifarişli tərəflərin və maraqlı qüvvələrin təxəyyülünün məhsuludur.Avropa Parlamentinin qəbul etdiyi kağız parçaları xalqımızı və dövlətimiz yolundan və özünün ədalətli mövqeyindən heç vaxt çəkindirə bilməz. Əksinə belə qərəz və ikilistandartlarla qarşılaşmağımız bizi daha birləşdirir və mübariz edir".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər