PDF Oxu

Siyasət

  • 386

Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri

image

Müstəqil Azərbaycan öz inkişaf modelini möhkəm dövlətçilik prinsipləri, hüququn aliliyi və insan amilinə verilən xüsusi önəm üzərində qurmuşdur. Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik ili” çərçivəsində irəli sürdüyü amnistiya təşəbbüsü də bu əsas dəyərlərin real siyasətdə təzahürü kimi qiymətləndirilməlidir. Sözügedən təşəbbüs dövlətin humanist mahiyyətini, hüquqi dövlət prinsiplərinə sadiqliyini və uzunmüddətli inkişaf strategiyasını açıq şəkildə ifadə edir.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətində dayanıqlı inkişaf əsas prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir. Bu anlayış təkcə iqtisadi göstəricilərlə məhdudlaşmır, həm də sosial təminatın gücləndirilməsi, hüquqi institutların səmərəli fəaliyyəti və insan kapitalının qorunmasını ehtiva edir. Amnistiya institutu bu kontekstdə sosial məsuliyyətə əsaslanan dövlət idarəçiliyinin vacib mexanizmi kimi çıxış edərək, dövlətlə vətəndaş arasında qarşılıqlı etimadı artırır.
Ölkənin suverenliyinin tam şəkildə təmin olunduğu bir mərhələdə bu cür təşəbbüslərin irəli sürülməsi Azərbaycanın güclü və müstəqil dövlət kimi formalaşdığını nümayiş etdirir. Güclü dövlət anlayışı təkcə sərt hüquqi çərçivələrlə deyil, həm də ədalət və mərhəmət prinsiplərinin vəhdəti ilə xarakterizə olunur. Tarixən formalaşmış dövlətçilik ənənələri müasir dövrdə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində yeni məzmunla zənginləşir. ʺKonstitusiya və Suverenlik iliʺ çərçivəsində amnistiyanın elan olunması təşəbbüsü Azərbaycanın hüquqi dövlət quruculuğu prosesində ardıcıllıq nümayiş etdirdiyini, humanist dəyərləri və dayanıqlı inkişaf hədəflərini əsas prioritet kimi qəbul etdiyini bir daha sübut edir. Bu yanaşma milli dövlətçilik irsinin müasir çağırışlarla uğurla uzlaşdırılmasının bariz nümunəsi olmaqla, ölkənin gələcək inkişafı üçün möhkəm ideoloji və hüquqi əsas formalaşdırır.


Şamama Əmirova
YAP Laçın rayon təşkilatının 35 saylı ƏPT-nin sədri
Laçın rayon 10 №li tam orta ümumtəhsil məktəbinin direktoru

Digər xəbərlər