“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikri Prezident İlham Əliyevin dövlət idarəçiliyinin əsas fəlsəfəsini ifadə edən ən mühüm tezislərdən biridir. Bu prinsip Azərbaycan dövlətinin bütün fəaliyyət istiqamətlərində – sosial siyasətdə, iqtisadi inkişafda, təhlükəsizlik məsələlərində, regional və beynəlxalq münasibətlərdə özünü açıq şəkildə göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların əsas məqsədi insan amilinin ön plana çəkilməsi, vətəndaşların rifahının yüksəldilməsi və onların hüquq və azadlıqlarının təmin edilməsidir.
Müasir dövrdə güclü dövlət anlayışı yalnız iqtisadi və hərbi potensialla ölçülmür. Güclü dövlət ilk növbədə vətəndaşına arxalanan, onun maraqlarını qoruyan və həyat səviyyəsini yüksəldən dövlətdir. İlham Əliyevin siyasəti məhz bu yanaşmaya əsaslanır və Azərbaycanı sosialyönümlü, vətəndaşmərkəzli dövlət modelinə yaxınlaşdırır.
Prezident İlham Əliyevin fəaliyyətində sosial siyasət xüsusi yer tutur. O, dəfələrlə vurğulamışdır ki, iqtisadi inkişafın əsas məqsədi insanların həyat şəraitinin yaxşılaşdırılmasıdır. Bu baxımdan son illər ərzində minimum əməkhaqqının və pensiyaların mərhələli şəkildə artırılması, sosial müavinətlərin genişləndirilməsi və aztəminatlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi vətəndaş rifahına xidmət edən mühüm addımlardır.
Xüsusi diqqət həssas sosial qruplara – şəhid ailələrinə, müharibə iştirakçılarına, əlilliyi olan şəxslərə və aztəminatlı ailələrə yönəldilmişdir. Mənzil təminatı proqramları, birdəfəlik ödənişlər, tibbi və sosial xidmətlərin əlçatanlığının artırılması Prezidentin “vətəndaş mərkəzli siyasət” prinsipinin real təzahürüdür. Bu tədbirlər cəmiyyətdə sosial ədalət və dövlətə inam hissini daha da möhkəmləndirir.
İlham Əliyevin iqtisadi siyasətində də əsas məqsəd vətəndaşların məşğulluğunun artırılması və dayanıqlı gəlir imkanlarının yaradılmasıdır. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini