PDF Oxu

Siyasət

  • 538

“Yaşıl və sağlam gələcək naminə” devizi altında ağacəkmə kampaniyası həyata keçirilib

image

Dekabrın 20-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində “31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Ceyranbatan Su Anbarının ərazisində Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, YAP Yasamal rayon təşkilatı, YAP Səbail rayon təşkilatı və YAP Nəsimi rayon təşkilatı ilə birgə “Yaşıl və sağlam gələcək naminə” devizi altında ağacəkmə kampaniyası həyata keçirilib.
Kampaniyada Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Dövlət Su Ehtiyatları Agentliyinin, YAP Yasamal rayon təşkilatı, YAP Səbail rayon təşkilatı, YAP Nəsimi rayon təşkilatının əməkdaşları və Partiyanın gənc fəalları iştirak edib.
Qeyd edək ki, kampaniya çərçivəsində 1500 ədəd sərv və eldar şamı ağacı əkilib və ağaclara aqrotexniki qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd ekoloji mühitin yaxşılaşdırılması və yaşıllıq zolaqlarının artırılması, gənclər arasında ətraf mühitə qayğı mədəniyyətinin təşviqi, dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, həmrəyliyin və birliyin əyani ifadəsi olaraq birgə ekoloji fəaliyyətin həyata keçirilməsidir.
Bundan əlavə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə həyata keçirilən ağacəkmə kampaniyası suveren ərazilərin yaşıllaşdırılması, dövlət qurumlarının ekoloji məsuliyyətinin artırılması və birlik və həmrəyliyin rəmzi olaraq birgə ağacəkmə fəaliyyətinə xidmət edir.
Ağacəkmə kampaniyasının sonunda xatirə şəkilləri çəkdirilib.

Digər xəbərlər