PDF Oxu

Siyasət

  • 580

Hərtərəfli və davamlı inkişaf mərhələsi

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr Azərbaycan dövlətçiliyi tarixində ardıcıl, hərtərəfli və davamlı inkişaf mərhələsi kimi dəyərləndirilir. Bu dövrdə həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasət nəticəsində ölkədə möhkəm siyasi sabitlik təmin edilmiş, dövlət idarəçiliyi müasir tələblərə uyğunlaşdırılmış və milli maraqlara əsaslanan müstəqil inkişaf xətti formalaşdırılmışdır. Sabitlik və güclü dövlət idarəetməsi bütün sahələr üzrə uzunmüddətli tərəqqinin əsas dayağı olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi əsas prioritetə çevrilmiş, neft və qaz gəlirlərinin səmərəli idarə olunması hesabına qeyri-neft sektorunun inkişafı sürətlənmişdir. Sənaye, kənd təsərrüfatı, turizm və xidmət sahələrinin genişlənməsi ölkənin iqtisadi dayanıqlığını gücləndirmiş, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində ölkənin bütün bölgələrində müasir yol, enerji, su və kommunikasiya infrastrukturu yaradılmış, minlərlə yeni iş yeri açılmış və əhalinin rifah səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. İqtisadi artım sosial siyasətlə uzlaşdırılaraq vətəndaşların gündəlik həyatında real və hiss olunan müsbət dəyişikliklərə çevrilmişdir. Sosial sahədə aparılan ardıcıl islahatlar Prezident İlham Əliyevin fəaliyyətində insan amilinin əsas dəyər olduğunu bir daha nümayiş etdirmişdir. Əməkhaqqı və pensiyaların mütəmadi artırılması, sosial müdafiə sisteminin gücləndirilməsi, həssas əhali qruplarına dövlət qayğısının genişləndirilməsi sosial ədalət prinsipinin təmin olunmasına xidmət etmişdir. Təhsil və səhiyyə sahələrində aparılan genişmiqyaslı islahatlar nəticəsində müasir məktəblər, uşaq bağçaları, ali təhsil müəssisələri, xəstəxanalar və diaqnostika mərkəzləri yaradılmış, xidmətlərin keyfiyyəti və əlçatanlığı yüksəldilmişdir ki, bu da insan kapitalının inkişafına mühüm töhfə vermişdir.

Toğrul Zeynalov

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Digər xəbərlər