PDF Oxu

Siyasət

  • 1 271

“Avropa Parlamentinin qərəzli sənədləri yalnız kağız üzərində qalır” - ŞƏRH OLUNDU

image

”Avropa Parlamentinin son qəbul etdiyi qərəzli qətnamə bir daha göstərdi ki, bu qurum obyektivlikdən çox uzaqdır və siyasi sifarişlərlə hərəkət edir” Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.Onun sözlərinə görə, Azərbaycan haqqında qəbul edilən sənəd reallığı əks etdirmir, ölkənin inkişafını, müstəqil siyasətini və regionda oynadığı mühüm rolu görməzdən gəlir:”Bu cür yanaşma Avropa Parlamentinin nüfuzuna zərbə vurur, çünki beynəlxalq təşkilatların əsas prinsipi ədalət və balanslı mövqedir. Halbuki burada açıq-aşkar ikili standartlar tətbiq olunur. Gizli səbəblər isə aydındır: Azərbaycanın enerji resursları, geostrateji mövqeyi və müstəqil siyasəti bəzi dairələri narahat edir. Onlar Azərbaycanın güclənməsini istəmir, ölkəmizin regionda söz sahibi olmasını əngəlləməyə çalışırlar. Amma bütün bu cəhdlər boşa çıxır, çünki Azərbaycan öz milli maraqlarını qorumaqda qətiyyətlidir. Son illərdə iqtisadi inkişaf, enerji layihələri, mədəni irsin dünyaya tanıdılması və diplomatik uğurlar ölkəmizin gücünü sübut edir. Avropa Parlamentinin qərəzli sənədləri isə yalnız kağız üzərində qalır, real təsir gücünə malik deyil. Azərbaycan xalqı öz dövlətinə güvənir, rəhbərliyinin apardığı siyasəti dəstəkləyir. Bu güvən və birlik sayəsində ölkəmiz bütün təzyiqlərə qarşı dayanır, daha da möhkəmlənir. Avropa Parlamentinin qərəzli qətnamələri tarixin tozlu səhifələrində itib gedəcək, Azərbaycanın uğurları isə gələcək nəsillərə miras qalacaq”

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər