İyirmi ildən artıqdır ki, Azərbaycana müstəqil və müasir azərbaycanın banisi Ulu Öndər Heydər Əliyev yolunun davamçısı Prezident cənab Prezident İlham Əliyev rəhbərlik edir. Ulu Öndər Heydər Əliyev siyasəti Azərbaycana azadlıq və müstəqillik gətirdi. Bu gündə bu siyasəti xətt Azərbaycanda yaşayır və xalq tərəfindən sevilir. Dünya azərbaycanlılarının lideri olan Prezident İlham Əliyev Azərbaycan xalqının iradəsini ifadə edən müstəqil Azərbaycanın prezidentidir.
Azərbaycanın xalqının milli iradəsini ifadəçisi Prezident İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. Dövlət xadimi kimi dünya liderləri arasında Prezident İlham Əliyev xüsusi nüfuz və hörmətlə qəbul edilir. Doğma Vətənində xalqının böyük sevgisini qazanan Prezident İlham Əliyev həm də xalqı arasında böyük hörmətə və nüfuza malikdir. Bəli artıq Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada qəbul olunmaqla yanaşı həm də çox məşhurdur.
Görkəmli siyasi və dövlət xadimi Prezident İlham Əliyev peşəkar siyasətçidir. Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev ali təhsilini siyasət, beynəlxaq əlaqələr ixtisası üzrə almışdır. O, 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Orada elmi-pedaqoji fəaliyyətə başlamış (1982), aspirant, müəllim kimi fəaliyyət göstərmişdir. Aspiranturanı bitirdikdən sonra tarix elmləri namizədi elmi dərəcəsi almışdır (1985). Daha sonra (1991) Moskvada "Oriyent" şirkətinin baş direktoru işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1994-cü ildən) və birinci vitse-prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının baş naziri (2003) vəzifəsində çalışmışdır. Prezident İlham Əliyev daima Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Ulu Öndər Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur. Müstəqilliyin ilk illərində daxili intiriqaların və çəkişmələrin getdiyi dövürdə xüsusi siyasi bacariq nümayış etdirən Prezident İlham Əliyev Ümummilli liderin siyasi iradəsinin, xəttinin qorunmasında fəal iştirak etmişdir.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcək inkişafını müstəqil neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında görürdü. Prezident İlham Əliyev həmin bu sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında xüsusi əməyi vardır. Ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətlər göstərmişdir. Prezident İlham Əliyevində böyük əməyi olan, Ulu Öndər Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində qısa bir müddətdə (1994-2000) xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişlər. Neft-qaz sənayesi böyük kəşiflər edilmiş, yeni yataqlar kəşf olunmuşdur. Azərbaycanın neft-qaz sektorunda 30 mindən artıq yeni iş yeriləri açılmışdır.
O, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak etməklə yanaşı, eyni zamanda görkəmli partiya xadimidir. Prezident İlham Əliyev ölkənin hakim siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) Sədridir. O, YAP-ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. 2005-ci il qurultayından isə Partiyanın sədri seçilmişdir. Prezident İlham Əliyev bu mühüm vəzifənin öhdəsindən daim layiqincə gəlmişdir. Xalqın böyük hissəsinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında Prezident İlham Əliyev olduqca səmərəli fəaliyyət göstərir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına Prezident İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə xalqın böyük etimadını qazanaraq parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır.
Milli Məclisin deputatı olduğu dövrdə Prezident İlham Əliyev fəaliyyət istiqamətləri geniş və çoxşaxəlidir. Həmin dövrdə O, daim xalqın içərisində olmuş, əhalinin problemlərini öyrənmiş, onların sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. İlham Əliyevin deputatlıq dövrü əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı ilə yadaşlarda qalır.
Prezident İlham Əliyev 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunmuşdur. Bundan sonra O, Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmiş, böyük əmək sərf etmişdir. Prezident İlham Əliyev qısa müddət içərisində bu sahədə də yüksək təşkilatçılıq istedadına malik olduğunu göstərmişdir. Prezident İlham Əliyev sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə paytaxt Bakı ilə yanaşı, eyni zamanda regionlarda da olimpiya idmanı-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilmişdir.
İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri nəzərə alınaraq 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur. Daha sonra 2003-cü ilin Prezident seçkilərində iştirak edən cənab İlham Əliyev parlaq qələbə qazanaraq xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Bu gündə Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Ulu Öndər Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Prezident Prezident İlham Əliyev ölkədə İnsan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası Prezident İlham Əliyevin ölkənin gələcək inkşafı məqsədilə göstərdiyi əsas strateji təşəbbüslərdən biri kimi qəbul olunur. Bu konsepsiya 29 dekabr 2012-ci ildə isə qəbul olunmuş, Prezidentin Fərmanı ilə təstiq olunmuşdur. Konsepsiyada qarşıya qoyulan əsas məqsəd və vəzifələr müəyyənləşdirilmişdir. Bunlar əsasən 2020-ci ilə qədər iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və ictimai rifahın artırılması üçün tədbirlər və fəaliyyətlər nəzərdə tutur.
Prezident İlham Əliyev bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdəqətiyyətlə və uğurla müdafiə edir. Onun apardığı uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemləri öz həllini tapırdı.
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, 44 gün ərzində düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi bütün dünyanın gözü qarşısında darmadağın edildi. “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə yekunlaşdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsi zamanı qazandığı parlaq zəfər ilə tarixən var olan türk birliyinin etnosiyasi coğrafiyası da bərpa edildi. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatda da göstərildiyi kimi, Naxçıvanı doğma Azərbaycanla birbaşa əlaqələndirəcək Zəngəzur dəhlizinin açılması ilə türk dünyası bir-birinə yenidən bağlanacaq.
Vətən müharibəsində qazandığı zəfərə və türk dünyasının gələcək inkişafına verdiyi bu töhfəsinə görə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2022-ci il noyabrın 12-də İstanbulda keçirilən VIII Zirvə Görüşü zamanı Prezident Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeninə layiq görüldü.
İlham Əliyevin rəhbərliyi ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonasında geniş quruculuq və təmir bərpa işləri aparılır. Məcburi köçkünlərin (keçmiş) öz ata-baba yurdlarına qayıtmaları üçün hər cür şərait yaradılır.
Gülşən Allahverdiyeva
YAP Yasamal rayon təşkilatının fəalı,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı