Azərbaycanın müasir tarixi son iyirmi ildən artıq dövrdə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu dövr təkcə siyasi hakimiyyətin davamı deyil, milli iradənin, dövlətçilik ənənələrinin və xalq–lider birliyinin yeni mərhələsidir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz tarixinin ən qüdrətli, ən qürurlu və ən taleyüklü dövrlərindən birini yaşayaraq, itirilmiş ədaləti bərpa etmiş, beynəlxalq münasibətlər sistemində söz sahibi olan dövlətə çevrilmişdir.
2003-cü ildə xalqın böyük etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətti müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirdi. Dövlət idarəçiliyində ardıcıllıq, sabitlik və milli maraqların üstün tutulması onun fəaliyyətinin əsas prinsiplərinə çevrildi. Onun, fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və ölkənin davamlı inkişafının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan siyasi, iqtisadi və hərbi sahələrdə mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır.
Bu illər ərzində Azərbaycanda, güclü siyasi sabitlik mühiti yaradıldı, dinamik iqtisadi inkişaf yoluna qədəm qoyuldu, dövlətimiz regionun aparıcı dövlətinə çevrildi, müstəqil və balanslaşdırılmış xarici siyasət modeli formalaşdırıldı.
Ölkə başçımız dövlət quruculuğunu və siyasi islahatları əsas prioritetlərdən biri kimi müəyyən etmişdir. Cənab İlham Əliyev prezidentliyi dövründə güclü və effektiv dövlət idarəçiliyinin formalaşdırılması, idarəetmədə çeviklik, şəffaflıq və məsuliyyət prinsiplərinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmış, institusional islahatlar həyata keçirilmişdir. Dövlət strukturlarının modernləşdirilməsi, elektron hökumət sisteminin tətbiqi və korrupsiyaya qarşı mübarizə tədbirləri bu siyasətin əsas istiqamətlərindəndir.
Prezident İlham Əliyevin fəaliyyəti dövründə Azərbaycan iqtisadiyyatı sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Neft-qaz sektorundan əldə olunan gəlirlərin səmərəli idarə olunması, eyni zamanda qeyri-neft sektorunun inkişafı üçün məqsədyönlü proqramlar reallaşdırılmışdır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində ölkənin bütün bölgələrində yeni iş yerləri yaradılmış, infrastruktur layihələri icra edilmişdir.
Sosial siyasət sahəsində əhalinin rifah halının yüksəldilməsi əsas hədəf olmuşdur. Minimum əməkhaqqı və pensiyaların mütəmadi artırılması, sosial müdafiə sisteminin təkmilləşdirilməsi və həssas əhali qruplarına dövlət qayğısının gücləndirilməsi bu siyasətin bariz nümunələridir.
Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan balanslaşdırılmış və müstəqil xarici siyasət kursu həyata keçirmişdir. O, Azərbaycanı inkişaf etmiş ölkələrin səviyyəsinə çatmağını bizim xarici siyasətimizin prioritetləri sırasına daxil etmişdir. İqtisadiyyatda əldə olunmuş böyük uğurlar, siyasi yetkinlik buna geniş imkanlar yaratmışdır.
Ölkəmiz beynəlxalq təşkilatlarda fəal iştirak edir, regional və qlobal təhlükəsizlik məsələlərində etibarlı tərəfdaş kimi tanınır. Enerji diplomatiyası sahəsində həyata keçirilən layihələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasına şərait yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan tarixinin mühüm və həlledici mərhələləri ilə sıx bağlıdır. Ən mühüm mərhələlərindən biri isə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlıdır.
Onun rəhbərliyi dövründə Azərbaycan dövlətçiliyi möhkəmlənmiş, milli maraqlar qətiyyətlə qorunmuş, ölkə regionun aparıcı siyasi və hərbi gücünə çevrilmişdir. Bu fəaliyyətin zirvə nöqtəsi isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədir. Onun qətiyyətli siyasəti və güclü siyasi iradəsi nəticəsində Azərbaycan öz suveren hüquqlarını təmin etmiş, milli birlik və həmrəyliyi daha da möhkəmləndirmişdir. Nəticədə, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri başlamış və uğurla davam etməkdədir.
10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla Ermənistan kapitulyasiya aktına imza atdı. Bu sənəd yalnız hərbi deyil, həm də böyük diplomatik qələbə idi. İlham Əliyev həm döyüş meydanında, həm də siyasi masada qalib lider olduğunu sübut etdi.
Bu gün Qələbədən quruculuğa gedən yol uğurla davam etdirilir. Müharibə bitsədə, amma Prezident İlham Əliyevin mübarizəsi bitmədi. O, azad edilmiş torpaqlara ilk səfərlərini etdi, dağıdılmış şəhərləri gördü və dedi: “Biz bu torpaqları yenidən quracağıq.”
Qarabağda yollar salınır, hava limanları tikilir, kəndlər dirçəlir. “Böyük Qayıdış” sadəcə proqram deyil, bir millətin doğma yurda dönüş andıdır.
Tarix cənab İlham Əliyevi torpaqlarını danışıqlarla yox, qətiyyətlə, xalq-ordu birliyi ilə, dəmir yumruqla azad edən Lider kimi xatırlayacaq.
44 günlük Vətən müharibəsi göstərdi ki, güclü Lideri, güclü ordusu və sarsılmaz xalqı olan dövlət heç vaxt məğlub olmaz. Bu Qələbə – bir Prezidentin siyasi iradəsinin, bir ordunun qəhrəmanlığının və bir xalqın birliyinin möhtəşəm simvoludur.
Qarabağ Azərbaycandır! Və bu həqiqət artıq tarixdir, əbədidir!
Nəticə olaraq onu demək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti ölkənin strateji maraqlarına əsaslanan, xalqın rifahını və dövlətin güclənməsini hədəfləyən ardıcıl və məqsədyönlü siyasət kimi xarakterizə olunur. Onun rəhbərliyi ilə Azərbaycan müasir, güclü və nüfuzlu dövlət kimi inkişaf yolunda inamla irəliləyir.
Azərbaycanın bu gün ki, reallığı onu göstərir ki, Prezident İlham Əliyevin simasında biz yeni milli lider tipi müşahidə edirik. Bu Azərbaycan dövlətçiliyi tarixində yeni fenomendir. Onun bütün fəaliyyətinin mahiyyəti xalqı və dövləti, nicat və yüksəliş yolu ilə aparmaqdan ibarətdir.
Bu gün Azərbaycan qalib dövlətdir, sabah isə daha güclü, daha inkişaf etmiş bir ölkə olacaq. Çünki bu yolun başında tarix yazan Lider – İlham Əliyev dayanır.
Azərbaycan xalqı üçün İlham Əliyevin prezidentlik dövrü böyük sərvətdir!
Sonda əlamətdar bir məqamı qeyd etməyi özümə borc bilirəm.
24 dekabr ölkə başçımız İlham Əliyevin doğum günüdür. Fürsətdən istifadə edib bu münasibətlə ölkə başçımızı təbrik etmək istərdim.
ÇOX HÖRMƏTLİ CƏNAB PREZİDENT!
Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edib və ən xoş arzularımı bildirirəm.
Çox təcrübəli, praqmatik və həmişə müasirliyin nəbzini tutan bir insansıniz. Cənab Prezident, Siz, Azərbaycan dövlətçiliyi tarixində yüksək rola sahib olan insanlardan birisiniz. Ölkənin inkişafında, beynəlxalq əlaqələrin möhkəmlənməsində Sizin, özünüzə məxsus rolunuz var.
Mən, Sizə, ilk növbədə can sağlığı, uzun ömür, ailə səadəti, şəxsi həyatinizda, bu şərəfli fəaliyyətinizdə və eləcə də ictimai işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Arzu edirəm ki, Siz, bundan sonrakı dövrdə də dövlətimizə xidmət edəsiniz və ölkəmizin gələcəkdə də böyük uğur qazanmağında iştirakınızı əvvəlki əzmlə davam etdirəsiniz.
Qoy hər gününüz uğurlu anlarla, hər ayınız xoş sədalarla, hər iliniz xoş əhval-ruhiyyə ilə başlasın. Böyük ailəniz olan Azərbaycan xalqı isə həmişə bundan qürur duysun və Sizinlə fəxr etsin.
Böyük hörmətlə
İlham Quliyev
YAP Yasamal rayon “Neftqazelmitədqiqatlayihə” İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini