Xalqımızın ulu öndər Heydər Əliyev şəxsiyyətinə sonsuz sevgisi, cənab İlham Əliyevin liderlik keyfiyyətlərinə inamı 2003-cü ilin prezident seçkilərində qəti sözünü dedi. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən İlham Əliyev dövlət başçısı kimi şərəfli vəzifənin öhdəsindən inamla gəldi və bu siyasət uğurla davam etdirilir. Prezidentimiz İlham Əliyevin Azərbaycanın inkişafı, beynəlxalq səviyyədə tanınması uğrunda atdığı addımlar göz qabağındadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizi yeni intibaha çatdıran görkəmli dövlət xadimidir. Respublikamızda Ulu Öndər tərəfindən müəyyən olunmuş dövlətçilik kursunun qorunub saxlanılmasının, möhkəmləndirilməsinin və yaradıcılıqla daim inkişaf etdirilməsinin təmin olunması dövlət başçısı İlham Əliyevin adı ilə bağlı olan tarixi xidmətdir.
İlham Əliyev artıq dünyada qəbul olunmuş görkəmli siyasi liderdir. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi təlimini yeni dövrün və müasir Azərbaycanın reallıqları ilə daha da zənginləşdirən siyasi xadimdir.
Sözsüz ki, müasir Azərbaycanın yeni tarixi mərhələdəki yeni həyatı Prezident ilham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Respublikamızda paytaxtımız Bakı ilə yanaşı, Azərbaycan regionlarının böyük sürətlə və hərtərəfli şəkildə inkişaf etdirilməsi hərəkatının başında möhtərəm Prezidentimiz İlham Əliyev dayanır.
Sübuta ehtiyacı olmayan bir aksioma var: “Tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur. Doğma tarixi ilə silahlanmış xalq isə məğlubedilməzdir!” Cənab İlham Əliyev doğma tariximizə sahib çıxdı, müdrik siyasəti ilə qələbələrə imza atdı.
Beynəlxalq aləmə ədalətin, haqqın öz gücü hesabına bərpa olmasının mümkünlüyünü nümayiş etdirən xalqımız öz rəhbərinin illərlə yürütdüyü müdrik siyasətin məntiqi nəticəsini gördü. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Əlbəttə, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü.
Biz əminik ki, Prezidentimiz İlham Əliyevin “Dəmir yumruğu” bundan sonra da Qafqazın sabitliyini, inkişafını, gələcəyini müəyyənləşdirən əsas güc olacaq!
Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi,
Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü