PDF Oxu

Siyasət

  • 568

Sözü imzası qədər dəyərli Lider

image

YAP Samux rayon təşkilatı 23 dekabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Sözü imzası qədər dəyərli Lider” mövzusunda tədbir keçirib.

Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Samux rayon təşkilatının əməkdaşları, YAP Samux rayon təşkilatının ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, bu gün Azərbaycan dünyada inkişaf diyarı, beynəlxalq dialoq və əməkdaşlıq məkanı, qalib və qüdrətli dövlət kimi tanınır. Cənab Prezidentin qətiyyəti, siyasi uzaqgörənliyi və diplomatik uğurları dünya azərbaycanlılarına güvən və birlik hissi bəxş edib.

Sədr qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Bu gün Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi tam şəkildə bərpa olunub. “Böyük Qayıdış” proqramı uğurla davam etdirilir. 2024-cü ilin fevralında bütöv Azərbaycan ərazisində keçirilən prezident seçkilərində cənab İlham Əliyevin yüksək səs faizi ilə növbəti dəfə qalib gəlməsi məhz Lider və xalq birliyinin təzahürü idi. Qürurla qeyd edə bilərik ki, bu gün Azərbaycan cənab İlham Əliyevin ali rəhbərliyi altında firavan gələcəyə doğru uğurla addımlayır.

Sonra çıxış edən Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 22 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb. Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışıb. Müzəffər Ali Baş Komandan üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail olub. Bu Qələbə regionda yeni reallıqların yaranmasına səbəb olub. Azərbaycan Liderinin artmaqda olan nüfuzu ölkənin siyasi gücünü artırmaqla yanaşı, ölkəmizi bir çox sahələrdə Avropa qitəsi üçün vacib, əvəzolunmaz və etibarlı tərəfdaşa çevirib.

Çıxış edən digər natiqlər qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyev siyasi kursuna sadiq olan möhtərəm Prezident İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti nəticəsində bu gün müstəqil Azərbaycanın hərtərəfli inkişafı təmin olunub. Bizim hər birimiz Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə öz təhlükəsiz gələcəyimizi təmin edəcək və daha böyük uğurlara imza atacağıq.

Tədbir bədii hissə ilə davam etdirilib.

Digər xəbərlər