Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı üzrə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Güclü dövlət və dinamik inkişaf strategiyasının müəllifi” adlı tədbir keçirilib.
Tədbir zamanı ilk öncə Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilərək tədbir açıq elan olunub.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayevtədbiri giriş sözü ilə çıxış edərək bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədi daşıyır və hər bir xalq üçün müstəqil, suveren dövlət yaratmaq və onu inkişaf etdirmək ən böyük nailiyyətdir.
Bu gün Ulu Öndər Heydər Əliyevin memarı olduğu Müstəqil Azərbaycan Respublikası yeni dövrün tələblərinə uyğun olaraq özünün hərtərəfli inkişaf dövrünü yaşayır. Bu sürətli inkişaf və əldə onunan yüksək nailiyyətlər Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı, güclü dövlət və dinamik inkişaf strategiyasının müəllifi, Qalib Dövlətin Qalib Lideri Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 22 il ərzində öz fəaliyyəti ilə təkcə əsil siyasi varis olduğunu sübut etməyib, eyni zamanda ona qədər başlanan yolun davamı kimi ölkəni daha da inkişaf etdirib, onun nüfuzunu artırıb, sabitliyi təmin edib. Keçən müddət ərzində ölkə rəhbəri çox böyük uğurlara imza ataraq Azərbaycanda müstəqil dövlət quruculuğu prosesində yeni dinamika yaradıb. Bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə edilib, daxili və xarici siyasətin tam vəhdəti təmin olunub. Bunun nəticəsidir ki, ölkəmiz hazırda sabit şəraitdə sürətli inkişafını davam etdirir, ölkə başçısı çox düzgün, müasir, səmərəli və fayda gətirən kurs həyata keçirir.
Heyvandarlı Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev çıxış edərək bildirib ki,güclü dövlət və dinamik inkişaf strategiyasının müəllifi olan,Qalib Xalqın Qalib Lideri, Prezident İlham Əliyevin misilsiz fəaliyyəti uğurlu inkişafımızın əsası olmaqla bərabər, həm də sabitliyin möhkəmləndirilməsi, davamlı yüksəlişin təmin edilməsi və vətəndaş cəmiyyətinin bərqərar olması baxımından çox dəyərlidir və qədirbilən xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Dövlət başçısının Azərbaycanın milli maraqlarını daim uca tutması xalqımızı Onun ətrafında sıx birləşdirib.Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ölkənin inkişafında, eləcə də milli maraqların qorunmasında öz əksini tapır və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə və xalqın rifahının yüksəlməsinə xidmət edir.
Heyvandarlıq Elmi Tədqiqt İnstitutu ərazi partiya təşkilatının fəal üzvü, Partiya veteranı Qafar Məmmədovun “Güclü dövlət və dinamik inkişaf strategiyasının müəllifi” mövzusunda məruzəsi dinlənildikdən sonra partiya fəalları Sara Məsimova və digərləriçıxış etmiş, bütün çıxış və nitqlərdə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində qazanılan uğurlardan bəhs olunmuş, Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqlədiyi və bu liderliyin əsrlər boyu davam edəcəyi bildirilmişdir.
Tədbirdərayonun ictimai-siyasi həyatında və ərazipartiya təşkilatının işində fəal iştirak etdiklərinə görə bir qrup şəxsəYAP Göygöl rayon təşkilatının Təşəkkürnamələrivə qiymətli hədiyyələr təqdim olunub.
Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə tədbir bağlı elan olunub.