PDF Oxu

Siyasət

  • 505

YAP Şəmkir rayon təşkilatında “ Sözü imzası qədər dəyərli Lider ” mövzusunda tədbir keçirilib

image

Dekabrın 24-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı tərəfindən “ Sözü imzası qədər dəyərli Lider ” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak etdilər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildiriib ki, Prezident İlham Əliyev iyirmi iki illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri ardıcıl şəkildə yerinə yetirib. Bu illər ərzində ölkəmizdə bütün sahələr üzrə davamlı inkişaf təmin olunub, əhalinin sosial rifahı əhəmiyyətli dərəcədə yüksəlib. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsində əldə edilən tarixi Zəfər, eləcə də 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpası məsələsi birdəfəlik həll olunub.

F.Vəliyev qeyd edib ki, Prezident İlham Əliyevin müharibədə olduğu kimi, quruculuq işində də sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, sosial obyektlər tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar “Böyük Qayıdış”ın geniş perspektivindən xəbər verir. İndiyədək yüzlərlə ailə doğma yurda qayıdaraq xoşbəxt və firavan yaşayırlar.

Şəmkir rayon İcra Hakimiyyəti baçısının müavini Aynur Abdullayeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik ideologiyasının cənab Prezident İlham Əliyev tərəfindən müasir idarəetmə mexanizmləri ilə zənginləşdirilməsindən, siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə edilən uğurlardan, nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsindən danışdı.

Tədbirdə çıxış edən digər natiqlər Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun güclü, nüfuzlu və sürətlə inkişaf edən dövlətinə çevrildiyini vurğulayıblar.

Tədbirinsonundarayonun ictimai-siyasi həyatında yaxından iştirak edən partiya fəallarına rayon təşkilatının fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.

Digər xəbərlər