PDF Oxu

Siyasət

  • 612

Dünyanın müxtəlif ölkələrində Azərbaycan icmaları fəaliyyət göstərir

image

Hazırda dünyanın müxtəlif ölkələrində – Avropa İttifaqına üzv dövlətlərdə, Şimali və Cənubi Amerikada, Asiya və Yaxın Şərq regionlarında fəaliyyət göstərən Azərbaycan icmaları ölkəmizin milli maraqlarının beynəlxalq müstəvidə qorunmasında mühüm rol oynayır. Bu icmalar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi irsimizin qorunması və təbliği, eləcə də dövlətimizin xarici siyasət prioritetlərinin dəstəklənməsi istiqamətində ardıcıl fəaliyyət həyata keçirirlər.
Xaricdə yaşayan azərbaycanlılar yaşadıqları ölkələrin ictimai-siyasi, mədəni və akademik həyatında fəal iştirak etməklə Azərbaycanın etibarlı tərəfdaş, regional lider və beynəlxalq hüquqa sadiq dövlət kimi tanıdılmasına töhfə verirlər. Xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi və postmünaqişə dövründə diaspor təşkilatlarının prinsipial və vahid mövqedən çıxış etməsi Azərbaycanın haqq işinin beynəlxalq platformalarda daha aydın şəkildə ifadə olunmasına imkan yaradıb.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi diaspor siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni reallıqlar fonunda uğurla davam etdirilir. Dövlətin məqsədyönlü və sistemli dəstəyi nəticəsində Azərbaycan icmalarının təşkilatlanma səviyyəsi yüksəlmiş, diaspor strukturlarının fəaliyyətinin koordinasiyası güclənmiş, onların beynəlxalq təşkilatlar və qərarverici mərkəzlərlə əlaqələri daha da genişlənmişdir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik və həmrəyliyin ideoloji əsaslarını möhkəmləndirməklə yanaşı, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan dövlətinin maraqlarının müdafiəsində daha fəal və məsuliyyətli mövqe sərgiləməsinə çağırışdır. Bu gün bir daha təsdiq edir ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı güclü, suveren və müstəqil Azərbaycanın ayrılmaz parçasıdır və qlobal miqyasda fəaliyyət göstərən Azərbaycan icmalarının həmrəyliyi ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir.

Lalə İskəndərova

YAP Qusar rayon təşkilatının fəal üzvü

Digər xəbərlər