24 dekabr 2025-ci il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Xilaskarlıq missiyasının davamçısı” mövzusunda tədbir keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısıVaqif Həsənov, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, YAP fəalları, şəhid ailələri, qazilər, ərazi partiya təşkilatlarının sədrləri, idarə müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzmüşlər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Dövlət Himni səsləndirilmiş, Ümummilli liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən RİH başçısıVaqif Həsənov, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ərazi partiya təşkilatının sədri Hafiz Əzimzadə, Şəhid atası Asif Məmmədov və digər natiqlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik ideologiyasının cənab Prezident İlham Əliyev tərəfindən müasir idarəetmə mexanizmləri ilə zənginləşdirilməsindən, siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə edilən uğurlardan, nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidən qurma işlərinin həyata keçirilməsindən bəhs etmişlər. Tədbirdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev tərəfindən partiya sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilmiş və bir qrup gənc YAP sıralarına üzv qəbul olunmaq üçün müraciət etmişlər. Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatı tərəfindən bir qrup şəhid ailəsinə bayram sovqatı paylanmış və onlarla xatirə şəkli çəkdirilmişdir.