Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı tərəfindən partiyanın veteran üzvlərindən olan Rizvan Zəkarayevin 70 illik yubileyi münasibətilə onunla evində,rayonunXilmilli kəndində görüş keçirilmişdir.
Görüşdə Xilmilli kənd ərazi partiya təşkilatının sədri Adil Bayramov, ərazi partiya təşkilatının sədr müavini Müşfiq Əlləzov,YAP Qobustan rayon təşkilatının əməkdaşları Elməddin Hüseynov və Xəyal Çələbi iştirak etmişlər.YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov Rizvan Zəkarayevlə söhbətində qeyd etmişdir ki, yubiliyar YAP rayon təşkilatının yarandığı gündən partiya sıralarına üzv olmuşdur .
Yubilyar fərdi təsərrüfatla,sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.
YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov daha sonra yubilyarı təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər arzulamışdır.
Görüşün sonunda partiya veteranı Rizvan Zəkarayevə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 70 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edilmişdir.
Sonda çıxış edən partiya veteranı Rizvan Zəkarayev göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.
Yubiliyarla xatirə şəkilləri çəkilmişdir.