PDF Oxu

Siyasət

  • 1 012

Hər bir azərbaycanlı üçün birlik, həmrəylik günü - ŞƏRH

image

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımızın milli şüurunun, birlik və bütövlük idealının parlaq ifadəsidir. Bu əlamətdar gün bütün dünya Azərbaycanlılarını vahid məqsəd, vahid kimlik və vahid Vətən anlayışı ətrafında birləşdirən mənəvi körpü rolunu oynayır. Həmrəylik Günü Azərbaycan xalqının tarix boyu yaşatdığı milli-mənəvi dəyərlərin, mədəni irsin və dövlətçilik ənənələrinin qorunmasının rəmzidir.

Həmrəylik anlayışı yalnız coğrafi sərhədlərlə məhdudlaşmır, o, mənsubiyyət hissini, milli kimliyə sədaqəti və Vətənə olan dərin məhəbbəti özündə ehtiva edir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bu gün vasitəsilə dilimizə, adət-ənənələrimizə, tariximizə və milli maraqlarımıza bağlılıqlarını bir daha nümayiş etdirirlər. Bu birlik hissi xalqımızın milli ruhunun gücünü və sarsılmazlığını göstərir.

Həmrəylik Günü həm də Azərbaycan gəncliyində milli şüurun formalaşmasına mühüm töhfə verir. Bu gün gənc nəsildə tarixə maraq, millikimliyə hörmət və vətənpərvərlik hisslərinin güclənməsinə xidmət edir. Dünya Azərbaycanlılarının bir araya gəlməsi informasiya müharibəsi şəraitində milli maraqların müdafiəsini daha effektiv edir. Xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayır.

Bugün Azərbaycanın sərhədlərindən kənarda yaşayan milyonlarla soydaşımızın qəlbində yanan Vətən sevgisinin bayramıdır. Bu ideyanın yaranması isə özlüyündə böyük bir məktəbdir. O məktəb in müəllimi isə Ulu Öndər Heydər Əliyevdir. O, dünya azərbaycanlılarının həmrəyliyi anlayışını yalnız siyasi qərar kimi deyil, milli şüurun yenidən formalaşdırılması kimi ortaya qoydu.

O illərdə sovet imperiyasının sərti deoloji mühitində, qadağalar və məhdudiyyətlər arasında “Azərbaycan birliyi” kimi bir ideyanı irəli sürmək cəsarət tələb edirdi. Amma Heydər Əliyev bunu bacardı. Çünki o, millətin gələcəyini zamanın pərdələri arxasından görən nadir lider idi. Ulu Öndər deyirdi: “Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının ürəyi Vətənlə döyünməlidir. Bu duyğu bizi bir millət edən ən böyük sərvətdir.” Bu düşüncə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün fəlsəfəsini müəyyənləşdirdi.

1997-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı isə xalqımızın birlik ideyasını praktikaya çevirən tarixi hadisə oldu. İlk dəfə idi ki, dünyanın müxtəlif guşələrindən gəlmiş soydaşlarımız Bakıda bir araya gəlir və “Azərbaycançılıq” adlı böyük bir ideyanın siyasi gücə çevrilməsinin şahidi olurdu.

Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı həmrəylik anlayışı özünün tarixi zirvəsinə qalxdı. Dünyanın hər yerindəki soydaşlarımız informasiya savaşının önündə dayanaraq, Azərbaycan ordusunun haqq işinə güclü dəstək verdilər. Bu, millətin birliyi idi. Bu, sözün ən təmiz mənasında həmrəylik idi. Cənab Prezident İlham Əliyev bu tarixi həmrəyliyi yüksək qiymətləndirmişdir: “Bizim qələbəmizin arxasında təkcə ordumuzun gücü yox, bütün xalqın birliyi dayanır.”

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bir daha sübut edir ki, Azərbaycan təkcə coğrafiya deyil — bir ruhdur, Azərbaycan təkcə sərhəd deyil — bir düstur, bir amal, bir dəyər sistemidir, Azərbaycan təkcə dövlət deyil — dünyanın hər tərəfində yaşayan milyonların qəlb çırpıntısıdır. Ulu Öndər Heydər Əliyevin yaratdığı, cənab Prezident İlham Əliyevin davam etdirdiyi bu ideya millətin həm bu günü, həm sabahı, həm də əbədi yoludur.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Digər xəbərlər