PDF Oxu

Siyasət

  • 1 335

Prezident İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsini təsdiqləyib

image

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi "İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi" haqqında qanunu təsdiqləyib.SİA xəbər verir ki, qanuna əsasən, gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) büdcə xərclərinin 266,4 milyon manat (bu illə müqayisədə 2,2 % çox) olması proqnozlaşdırılır.Sənədə əsasən, xərclərin 238,3 milyon manatının İSF-nin gəlirlərinin (15,5 % çox), 28,1 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (48,25 % az) hesabına qarşılanması nəzərdə tutulur.

Digər xəbərlər