PDF Oxu

Siyasət

  • 551

Azərbaycan idmanı yeni inkişaf mərhələsində - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışı ölkəmizdə idmanın təkcə fiziki fəaliyyət sahəsi deyil, eyni zamanda mühüm dövlət siyasəti istiqaməti olduğunu bir daha aydın şəkildə nümayiş etdirdi.2025-ci ilin idman yekunları göstərir ki, bu sahəyə yanaşma sistemli, düşünülmüş və uzunmüddətli planlaşdırmaya əsaslanır. Əldə edilən nəticələr təsdiqləyir ki, idman siyasəti artıq dövlətin ümumi inkişaf modelinin ayrılmaz tərkib hissəsidir.2025-ci ildə nəticələrin əvvəlki illərlə müqayisədə artması onu göstərir ki, tətbiq edilən modellər artıq öz bəhrəsini verməkdədir.

İdmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk. Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına çıxarkən, yəqin ki, təbii olaraq qürur hissi ilə çıxırlar. Eyni zamanda, bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər.

Çıxışda gələcək hədəflər də açıqlanaraq bildirildi ki, ölkəmizdə ilk dəfə Xizək üzrə Dünya Kuboku yarışlarının Şahdağ Xizək Turizm Mərkəzində keçirilməsi Azərbaycanın qış idmanları sahəsində də beynəlxalq mövqeyini gücləndirəcək. Xizək üzrə Dünya Kubokunun Şahdağda keçirilməsi idman tarixində yeni mərhələnin başlanğıcıdır.

Şahdağda yaradılan infrastruktur, yeni traslar və özəl sektorun artan marağı regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verir.Bu isə idmanın regional inkişafda katalizator rolunu açıq şəkildə göstərir.

Bədən tərbiyəsi və idmanın inkişafı ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq müvəffəqiyyətlə həyata keçirilir. Bu siyasət daim öz bəhrəsini verir, idmançılarımız ən mötəbər yarışlarda uğurlu çıxışları ilə vətənin adını ucaldır, bayrağımızı yüksəklərə qaldırırlar. Şübhə yoxdur ki, dövlət rəhbərliyinin diqqət və qayğısı sayəsində idmançılarımız yeni-yeni möhtəşəm qələbələrə imza atacaqlar.

Ağaverdi Əliverdiyev

YAP Qusar rayon təşkilatının əməkdaşı

Digər xəbərlər