Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı ölkəmizdə idmanın necə ardıcıl və uğurla inkişaf etdiyini bir daha nümayiş etdirdi.
Bu il Azərbaycan idmançıları beynəlxalq yarışlarda 2000-dən çox medal, o cümlədən təxminən 600 qızıl medal qazanaraq rekord nəticələrə imza atıblar. Bu uğurlar idmanın inkişafının ölkəmizdə dövlət siyasəti səviyyəsində aparılmasının bariz nəticəsidir.
Son illər ərzində ölkə üzrə müasir idman infrastrukturu yaradılıb, bölgələrdə idmanla məşğul olmaq üçün geniş imkanlar formalaşıb. Gəncə və Yevlaxda yeni Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi ilə bölgələrdə bu komplekslərin sayı 46-ya çatıb. Bütün bunlar sağlam və güclü gənc nəslin yetişməsinə xidmət edir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, sağlam bədənlə yanaşı, sağlam ruh və vətənpərvərlik də gənclərin formalaşmasında əsas amildir. İdman gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynayır.
2025-ci ildə ölkəmizdə keçirilən MDB ölkələrinin III Oyunları, Formula 1, ilk dəfə təşkil olunan UFC beynəlxalq turniri, eləcə də qarşıdan gələn Şahdağ Xizək üzrə Dünya Kuboku Azərbaycanın artan idman və turizm potensialını bütün dünyaya nümayiş etdirdi.
Xüsusi qürur doğuran məqamlardan biri də Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsidir. Bu, Azərbaycanda idmana göstərilən dövlət qayğısına verilən yüksək beynəlxalq qiymətdir.
Azərbaycan idmanı bu gün yalnız medal qazanmır, Dövlət Bayrağımızı beynəlxalq arenalarda ucaldaraq xalqımıza qürur yaşadır. Bu uğurların davamlı olacağına inam tamdır.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı