PDF Oxu

Siyasət

  • 381

Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir - ŞƏRH

image

İlk öncə qeyd etmək lazımdır ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir. idmanın inkişafı uzunmüddətli dövlət xəttidir və bunun əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. 1994‑cü ildə Prezident Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması idmana dövlət dəstəyinin və qayğısının bariz nümunəsi idi. Prezident cənab İlham Əliyevin rəhbərliyi dövründə idmana diqqət daha da artırılıb və bu sahədə genişmiqyaslı siyasət aparılır. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, idmanın inkişafı Azərbaycanda dövlət siyasətidir. O, bu fikri 2025‑ci ilin idman yekunlarına həsr olunan mərasimdə bir daha vurğulayıb. Prezident cənab İlham Əliyev çıxışında bildirib ki, "Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il iki Olimpiya İdman Kompleksinin tikintisi başa çatmışdır - Gəncədə və Yevlaxda. Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb.

Əlbəttə ki, bütün bunlar, eyni zamanda, düzgün aparılan siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Bu da çox önəmlidir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar. Eyni zamanda, uşaqlıqdan idmana göstərilən maraq əlbəttə ki, gələcəkdə idman uğurlarına yol açır." Eyni zamanda Prezident cənab İlham Əliyev vurğulayıb ki, düzgün aparılan siyasət idmanın inkişafını sürətləndirir və gəncləri idmana cəlb edir. Dövlət siyasəti idmanın kütləviliyini artırmaq, sağlam həyat tərzini təşviq etmək məqsədi daşıyır. Azərbaycan idmançıları beynəlxalq arenada uğur qazandıqca ölkənin dövlət siyasətinin nəticələri də aydın görünür. Prezident idmanın təşviqinə verilən dövlət dəstəyini yüksək qiymətləndirir və bunun davamlı olacağını bildirir. Qeyd edək ki, Prezident cənab İlham Əliyev ölkənin idmançılarını və idman qurumlarını mütəmadi olaraq dəstəkləyir və yüksək nəticələrə görə təltif edir. Sonda xüsusilə vurğulamaq lazımdır ki, idmanın inkişafı Azərbaycanda həm sosial, həm də dövlət siyasətinin prioritet istiqaməti olaraq davam etdirilir.

Elmin Məmmədov

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Digər xəbərlər