PDF Oxu

Siyasət

  • 658

Şəmkirdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirildi - FOTOLAR

image

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri əvvəlcə balaca fidanların əl işlərindən ibarət sərgiyə baxış keçirdilər.

Dövlət himninin səslənməsi ilə açıq elan olunan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqlək sükutla yad edildi.

Şəmkir RİH başçısı Rəşad Tağıyev çıxışı zamanı bütün şəmkirliləri hər iki bayram münasibətilə təbrik edərək bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, doğma Vətənə məhəbbət və bağlılıq hislərini özündə təcəssüm etdirir: “Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini və tərəqqisini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır”.

İcra başçısı qeyd etdi ki, Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.

Artıq beş ildir ki, xalqımızın Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü daha yüksək əhvali-ruhiyyə ilə qarşıladığını vurğulayan Rəşad Tağıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində və antiterror əməliyyatlarında möhtəşəm Zəfərdən danışıdı. Bildirdi ki, Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Bu haqq savaşında dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər.

Tədbirin bədii hissəsində yerli mədəniyyət işçilərinin, məktəblilərin və körpələr evi-uşaq bağçalarının fidanlarının ifasında bayrama aid musiqilər və səhnəciklər təqdim olundu.

Digər xəbərlər