PDF Oxu

Siyasət

  • 1 203

Azərbaycan idmanında strateji inkişaf modeli və 2025-ci ilin rekord nəticələri - ŞƏRH

image

Azərbaycan Respublikasında idmanın inkişafı təsadüfi proses deyil, uzunmüddətli və ardıcıl dövlət siyasətinin məntiqi nəticəsidir. Bu sahədə əldə olunan nailiyyətlər illər ərzində formalaş-dırılmış strateji yanaşmanın, institusional islahatların və siyasi iradənin real göstəricisi kimi çıxış edir. Xüsusilə 2025-ci ilin nəticələri Azərbaycan idman tarixində yeni mərhələnin formalaşdığını açıq şəkildə nümayiş etdirir. Gənclər və idman naziri Fərid Qayıbovun açıqladığı statistik göstəricilər bu inkişaf xəttinin miqyasını aydın ifadə edir. İl ərzində Azərbaycan idmançıları tərəfindən 2113 medalın qazanılması, onların 30 faizinin qızıl əyarlı olması ölkə idmanı üçün rekord nəticə hesab olunur. Bu fakt Azərbaycanın beynəlxalq idman mühitində mövqeyinin möhkəmləndiyini, hazırlıq və idarəetmə mexanizmlərinin səmərəli işlədiyini təsdiqləyir. Nazirin vurğuladığı kimi, əldə olunan uğurlar Prezident İlham Əliyevin idmana göstərdiyi sistemli diqqət və qayğının nəticəsidir. Dövlət başçısının idmanı milli prioritetlər sırasında müəyyənləşdirməsi, müvafiq dövlət proqramlarının qəbul edilməsi, idman infrastrukturlarının yenilənməsi və bölgələrdə idman obyektlərinin inşası bu sahədə keyfiyyətcə yeni imkanlar yaradıb. Bu yanaşma idmanı sosial siyasətin ayrılmaz tərkib hissəsinə çevirib. 2025-ci ilin idman yekunları çərçivəsində federasiya rəhbərlərinin, idmançıların, məşqçilərin və idman ictimaiyyətinin təbrik edilməsi həm mənəvi stimul, həm də kollektiv məsuliyyətin ifadəsi kimi dəyərləndirilə bilər. Uğur fərdi nəticə deyil, bütöv sistemin düzgün qurulmasının göstəricisidir. Xüsusi mükafatların təqdim olunması mərasimində fərqli idman sahələrini təmsil edən qaliblərin seçilməsi dövlətin idmana çoxşaxəli yanaşmasının bariz nümunəsidir. Deflimpiya Oyunlarının gümüş mükafatçısı Coşqun Əliyevin, dünya çempionu boksçu Sübhan Məmmədovun, Azərbaycan Atçılıq Federasiyasının və cüdo üzrə qarışıq komandanın mükafatlandırılması inklüzivlik, ənənə və komanda ruhunun təşviq edildiyini göstərir. Eyni zamanda, Gənclər və İdman Nazirliyi tərəfindən ilin ən yaxşı idmançılarının müəyyənləşdirilməsi idmanda sağlam rəqabətin və peşəkarlığın stimullaşdırılması baxımından mühüm addımdır. Jalə Əliyevanın ilin ən yaxşı qadın idmançısı, Həsrət Cəfərovun isə ən yaxşı kişi idmançısı seçilməsi Azərbaycan güləş məktəbinin və ümumilikdə milli idman potensialının gücünü nümayiş etdirir. Mərasimdə təqdim olunan videoçarx və aparılan sorğular əsasında qaliblərin müəyyənləşdirilməsi ictimai rəyin idman siyasətinə inteqrasiyasını təmin edir. Bu yanaşma idmanın cəmiyyətlə qarşılıqlı əlaqəsini möhkəmləndirir, idman jurnalistikasının və sosial medianın prosesdə rolunu artırır.

Azərbaycan idmançılarının qazandığı medalların sayının rekord həddə çatması ölkədə həyata keçirilən dövlət proqramlarının effektivliyini sübut edir. “Bədən tərbiyəsi və idmanın inkişafı”, “Gənclər siyasəti”, “Sağlam həyat tərzinin təşviqi” istiqamətində qəbul edilmiş proqramlar idmanın kütləviləşməsinə, istedadlı gənclərin üzə çıxarılmasına və peşəkar hazırlığın gücləndirilməsinə şərait yaradıb. Xüsusi ilə qeyd etmək istərdim ki, 2025-ci ilin idman göstəriciləri Azərbaycanın idman dövlətinə çevrilməsi yolunda atılan addımların real nəticəsidir. Bu uğurlar gələcək illər üçün möhkəm baza formalaşdırır, beynəlxalq arenada Azərbaycanın idman brendini daha da gücləndirir və gənc nəsil üçün motivasiya mənbəyi rolunu oynayır. Dövlət siyasəti ilə idman strategiyasının vəhdəti Azərbaycan idmanının davamlı inkişafını təmin edən əsas amil olaraq qalır.

Fərid Mustafayev

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər