PDF Oxu

Siyasət

  • 1 039

“Texnologiya sektorunda artım iqtisadi sabitliyin əsas dayaqlarındandır” - Vüqar Bayramov

image

“Yeni şəraitdə ölkə iqtisadiyyatında sabitlik qorunub saxlanılır. 2025-ci ilin ilk on bir ayında qeyri-neft sektorunda 1,8 faiz azalma müşahidə olunsa da, tərtibat və texnologiya sektorunda ümumilikdə 3,7 faiz artım qeydə alınıb. Bu, iqtisadiyyatın ümumi dayanıqlığını təmin edən vacib amillərdəndir”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.Deputat qeyd edib ki, ümumi iqtisadi sabitlik fonunda texnologiya və innovasiya sektorunun inkişafı xüsusilə əhəmiyyətlidir: “Bu sahədə müşahidə olunan artım iqtisadiyyatın davamlı və uzunmüddətli inkişafı baxımından mühüm rol oynayır. Cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən siyasət iqtisadi islahatların dərinləşdirilməsinə və inkişafın daha inklüziv xarakter almasına şərait yaradır”.Vüqar Bayramov sosial müdafiə tədbirlərinin gücləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb: “2019-cu ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə icra olunan sosial paketlər çərçivəsində dövlət büdcəsindən ümumilikdə 7,6 milyard manat vəsait ayrılıb. Bu vəsait vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət edir”.Deputat bildirib ki, 2025-ci ilin ötən dövründə əməkhaqlarında da artım qeydə alınıb: “Rəsmi məlumatlara əsasən, orta aylıq əməkhaqqı təxminən 9,4 faiz artıb. Bu göstərici 2024-cü ildə qeydə alınan 8,1 faizlik artımdan daha yüksəkdir”.Çıxışında pensiya təminatına da toxunan Vüqar Bayramov qeyd edib ki, 2026-cı il üçün bütün növ əmək pensiyalarının 9,2 faiz indeksləşdirilməsi nəzərdə tutulur: “Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək. Yaşa, əlilliyə və digər əsaslarla əmək pensiyası alan şəxslərin gəlirlərində artım təmin olunacaq”.Deputat vurğulayıb ki, qarşıdakı il sosial müdafiə baxımından daha geniş əhatəli tədbirlərlə yadda qalacaq: “2026-cı il sosial təminat və müdafiə sahəsində daha çox vətəndaşın dəstəklənəcəyi il olacaq”.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər