“Konstitusiya və Suverenlik İli” çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ərazi partiya təşkilatları tədbir keçirib
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının tədbirlər planına uyğun olaraq ərazi partiya təşkilatlarında bayram tədbirləri keçirilib. Tədbirlər Azərbaycan xalqının milli birliyinin, həmrəyliyinin və dövlətçilik dəyərlərinin təbliği məqsədi daşıyıb. Çıxış edənlər bildiriblər ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ulu Öndər Heydər Əliyevin xalqın milli şüurunun formalaşdırılması, dünya azərbaycanlılarının bir amal ətrafında birləşdirilməsi istiqamətində həyata keçirdiyi uzaqgörən siyasətin parlaq nəticəsidir. Qeyd olunub ki, məhz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xətti bu gün müstəqil Azərbaycanın güclü və etibarlı inkişaf yolunu təmin edir. Vurğulanıb ki, Ulu Öndərin siyasi irsi Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla və ardıcıl davam etdirilir. Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada nüfuzunu daha da gücləndirib, iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə olunub. Xüsusilə də dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, işğaldan azad olunmuş torpaqlara Böyük Qayıdış prosesinin başlanması Ulu Öndər Heydər Əliyevin ideyalarının real təcəssümüdür. Tədbirdə həmçinin Yeni ilin ölkəmizə yeni uğurlar, sabitlik və tərəqqi gətirəcəyi bildirilib, dünya azərbaycanlılarının milli maraqlar naminə daha sıx birləşməsinin vacibliyi qeyd olunub. Sonda tədbir iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xoş arzularını çatdıraraq, Heydər Əliyev irsinin yaşadılmasının və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın daha böyük uğurlara imza atmasının hər bir vətəndaş üçün qürur mənbəyi olduğunu bildiriblər.