PDF Oxu

Siyasət

  • 1 405

Xəzər rayonunda Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub

image

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov qeyd edib ki, bu gün Azərbaycanın qazandığı uğurlar ardıcıl və düşünülmüş dövlət siyasətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası ölkəmizin möhkəm əsaslar üzərində qurulmasını təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın taleyində dönüş nöqtəsi olub. Onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə davam etdirilməsi ölkəmizin iqtisadi gücünü artırıb, beynəlxalq arenada nüfuzunu möhkəmləndirib və tarixi ədalətin bərpasına yol açıb. Bu gün dövlət bayrağımızın azad edilmiş torpaqlarda dalğalanması milli qürurumuzun rəmzidir.
Şəhid Tural Abdullayevin atası Şakir Abdullayev və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov çıxış edərək bildiriblər ki, güclü və qalib Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev yolunun məntiqi nəticəsidir. Vətən uğrunda canından keçən igidlərin qəhrəmanlığı gənc nəsil üçün əsl nümunədir. Onların həyat yolu milli ruhun, vətənpərvərliyin və dövlətə sədaqətin təcəssümüdür.
Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvü fəxri fərman ilə təltif edilib.Tədbir bədii hissə ilə davam edib.

Digər xəbərlər